Rəsmi Tehran: İran yığması ABŞ da Dünya Çempionatında iştirak edəcək, FIFA zəmanət verib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Türkiyədə İranla FIFA-nın yüksək səviyyəli rəsmiləri arasında yaxşı görüş keçirilib.
APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ın İran millisinin bəzi futbolçularına viza verməməsi ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, FIFA ev sahibi ölkə tərəfindən bütün qaydalara riayət ediləcəyinə dair zəmanət verib.
“İrana bütün qaydaların ev sahibi tərəfindən icra ediləcəyi barədə zəmanət verilib”, - Bəqai bildirib.
O qeyd edib ki, İran millisinin Futbol üzrə Dünya Çempionatında iştirakına dair qərarlar İran İdman Nazirliyi və İran Futbol Federasiyası tərəfindən müxtəlif qiymətləndirmələr əsasında qəbul edilib.
Bəqai əlavə edib ki, milli komanda və texniki heyət üçün viza verilməsi FIFA qaydalarına əsasən ev sahibi ölkələrin öhdəliyidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 18 May 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















