İran Dünya Çempionatında iştirak edəcək
Icma.az bildirir, Qol.az portalına istinadən.
İran Futbol Federasiyasının birinci vitse-prezidenti Mehdi Məhəmməd Nəbi yığma komandanın 2026-cı il Dünya Çempionatında iştirak edəcəyini bəyan edib.
QOL.az xəbər verir ki, qurum rəsmisi İran millisinin Kosta-Rika ilə yoldaşlıq oyunu üçün Antalyada düşərgə saldığı məkanda jurnalistlərə açıqlama verib. Federasiya rəsmisi Türkiyə Futbol Federasiyasına göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və FİFA prezidenti Canni İnfantinonun Antalyada komandanı ziyarət etməsindən məmnunluğunu bildirib.
Onun sözlərinə görə, İnfantinonun oyunçularla görüşməsi komanda üçün böyük mənəvi stimuldur. O, həmçinin vurğulayıb ki, İran millisinin DÇ-2026-da iştirakı üçün heç bir maneə yoxdur və komanda ABŞ, Meksika və ya Kanada kimi FİFA tərəfindən müəyyən edilmiş istənilən ölkədə keçiriləcək oyunlarda meydanda olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 31 Mart 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















