Rəsmi Tehran Trampı yalan danışmaqda ittiham edib: Peşəkar yalançılar yalanı...
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampı yalançı adlandırıb.
Mia.az xarici mətbuata isinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi açıqlama verib.
O, ABŞ prezidenti Donald Trampın dünən Konqresin birgə dinləməsindəki çıxışında çox böyük yalanlar danışdığını bildirib: "Peşəkar yalançılar yalan reallığı yaratmaqda xüsusi təcrübəyə malikdirlər. Nasist Almaniyasının Təbliğat naziri və Adolf Hitlerin müşaviri Cozef Göbbelsin belə bir sözü vardı: "Yalan iddianı doğru görünənə qədər təkrarlayın". Tramp da indi belə etməyə can atır. Bu qayda bu gün ABŞ hökuməti və onun müharibə qızışdırıcıları, xüsusən də soyqırımçı İsrail rejimi tərəfindən İran xalqına qarşı şeytani dezinformasiya kampaniyasında sistematik şəkildə istifadə olunur. İranın nüvə proqramı, qitələrarası ballistik raketləri və ölkədəki etirazlarda ölənlərin sayı ilə bağlı iddialar böyük yalanların təkrarlanmasından başqa bir şey deyil. Heç kim bu cür yalanlara aldanmamalıdır."
Xatırladaq k, Tramp İranla bağlı dünən belə deyib: "İranın Avropa və xaricdəki bazalarımızı təhdid edə biləcək raketləri var. İndi onlar ABŞ-ı vuracaq raketlər istehsal etməyə hazırlaşır"
ABŞ lideri daha sonra İrandakı aksiyalarda 32 minn insanın öldüyünü demişdi.
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 25 Fevral 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















