Rəsmi Tehran: Türkiyənin PKK ya qarşı mübarizəsini dəstəkləyirik
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İran İslam Respublikasının prinsipial mövqeyi ondan ibarətdir ki, terror hər yerdə pislənilir”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə dünən xarici işlər naziri Abbas Əraqçinin türkiyəli həmkarı Hakan Fidanla görüşdə Tehranın PKK terror təşkilatının tərksilah edilməsini dəstəkləməsi ilə bağlı bəyanatını şərh edərkən deyib.
“Bir bölgədə terror digər bölgələrdə də təhlükələrə səbəb olur. Ona görə də cənab xarici işlər naziri vurğuladı ki, Türkiyə hökumətinin “Terrorsuz Türkiyə” məqsədinin zəruriliyi ilə bağlı vurğuladığı kimi, bu baxış daha əhatəli səviyyədə “terrorsuz region”a çevrilməlidir.
Müxtəlif formalarda terrorizmlə mübarizə və onun kökünü kəsmək üçün müvafiq hökumətlər arasında regional əməkdaşlıq və qarşılıqlı fəaliyyət davam etdirilməlidir. Bu baxımdan İran və Türkiyə iki xarici işlər nazirləri regional ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi ilə bağlı razılığa gəliblər”, - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 01 Dekabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















