İran ABŞ danışıqlarında Türkiyənin rolu: Tehran Ankaraya təşəkkür etdi
Icma.az, Sitat.info saytına istinadən bildirir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Tehran–Vaşinqton danışıqları fonunda region ölkələrinin diplomatik səylərini yüksək qiymətləndirib.
Sitat.info xəbər verir ki, o xüsusilə Türkiyəyə təşəkkür edib.
Bəqayi bildirib ki, müzakirələrin irəliləməsi üçün xoş niyyət nümayiş etdirən bütün qonşu ölkələrin, o cümlədən Türkiyənin rolu İran tərəfindən dəyərləndirilir.
ABŞ ilə İran arasında gərginliyin yenidən artdığı bir dövrdə region ölkələrinin fəal diplomatiyası mümkün eskalasiyanın qarşısını alan əsas amillərdən biri kimi önə çıxır. Bu prosesdə Türkiyə həm Vaşinqtonla dialoq qura bilən, həm də Tehranla əlaqə kanallarını açıq saxlayan nadir aktorlardan biri olaraq diqqət çəkir. Ankara qarşıdurmanı önləməyə yönəlmiş balanslı diplomatik xətt formalaşdırmağa çalışır.
Həftəlik mətbuat konfransında danışan Bəqayi bildirib ki, İran danışıqların əvvəlki təcrübələr və mövcud şərait nəzərə alınaraq Omanda keçirilməsini istəyib. O vurğulayıb ki, danışıqların təşkili üçün səy göstərən bütün qonşulara, xüsusilə də Türkiyəyə minnətdarlıqlarını bildirirlər.
Qeyd edək ki, yanvarın 30-da Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Araqçi ilə İstanbulda görüşüb, daha sonra Araqçi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
Bəqayi həmçinin İranın region ölkələri ilə daimi dialoqda olduğunu və gərginliyin azaldılmasında diplomatiyanın əsas vasitə olduğunu qeyd edib. Onun sözlərinə görə, İran öz maraqlarını hərbi deyil, diplomatik yollarla qorumağa üstünlük verir. O əlavə edib ki, İran üçün danışıqlarda əsas tərəf ABŞ-dır və sanksiyaların ləğvi prosesin tez bir zamanda nəticələnməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Aytac,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 10 Fevral 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















