Rəsmilər Yevlax və Xaçmazda qaraçılarla görüşdü Fotolar
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ombudsman Aparatının Bərabərlik hüququnun təmini sektorunun nümayəndələri Roma (qaraçı) icmasının kompakt yaşadığı bölgələrdən olan Yevlax və Xaçmaz rayonlarında monitorinq aparıb.
“Qafqazinfo” xəbər verir ki, monitorinq prosesi “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu ilə Ombudsmana verilmiş bərabərlik hüququnun təmini və ayrıseçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi səlahiyyəti çərçivəsində baş tutub.
Monitorinq zamanı icma üzvləri ilə fərdi görüşlər keçirilib, onların qarşılaşdığı çətinliklərlə maraqlanılıb.
Araşdırmalar nəticəsində icma üzvlərinin rastlaşdıqları çətinliklərin aradan qaldırılması, hüquq və azadlıqlarının daha səmərəli təmini ilə bağlı müvafiq təkliflər hazırlanaraq əlaqədar dövlət qurumlarına göndəriləcək.



Baxış sayı:102
Bu xəbər 14 İyul 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















