Respublika Olimpiya İdman Liseyinin təmirdən sonra açılışı olub
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyinin (ROİL) təmirdən sonra açılışı olub.
Bakıvaxtı.az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının, Azərbaycan Güləş Federasiyasının rəsmiləri və tanınmış idmançılar iştirak ediblər.
Açılışda nazir Fərid Qayıbov idman obyektində aparılmış təmir və yenidənqurma işləri ilə yaxından tanış olub.
Liseydə sərbəst, yunan-Roma güləşi və cüdo zalları əsaslı təmir olunub. Bundan əlavə, yataqxana, yeməkxana binası və sinif otaqları yenidən qurulub.
Xatırladaq ki, 1963-cü ildən fəaliyyət göstərən Respublika Olimpiya İdman Liseyində dünya və olimpiya çempionları yetişib. Kamandar Məcidov, Boris Koretski, Nazim Hüseynov, Valeri Belenki, Elnur Məmmədli, Xəzər İsayev, Vüqar Orucov, Heydər Məmmədəliyev və başqaları bu məktəbin yetirməsi olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 13 Oktyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















