Respublika Stadionunda möhtəşəm pankartlar FOTO
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Turan Tovuz” – “Fənərbağça” yoldaşlıq qarşılaşması tribunalardakı möhtəşəm görüntülərlə yadda qalıb.
Futbolpress.az xəbər verir ki, hər iki komandanın azarkeşləri oyun öncəsi hazırladıqları kreativ pankartlarla matça xüsusi rəng qatıblar.
“Turan Tovuz” fanatları sektorda nəhəng canavar fiquru əks olunmuş xoreoqrafiya nümayiş etdiriblər. Pankartın aşağı hissəsində isə “Adımızın böyüklüyü zəfərlərə zəmanətdir” sözləri yer alıb.
“Fənərbağça”nın azərbaycanlı azarkeşləri də İstanbul təmsilçisinə olan sevgilərini diqqətçəkən şəkildə ifadə ediblər. Onların sektorunda “Məsafələr əngəl deyil, sevdamız “Fenerbahçe” şüarı yazılmış böyük pankart açılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:308
Bu xəbər 03 Oktyabr 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















