İrəvanın Respublika stadionunda Türkiyə mütəxəssisləri işləyir... RƏSMİ
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın paytaxtı İrəvanda yerləşən Respublika stadionunda UEFA turnirlərinin çəkilişlərini həyata keçirən mütəxəssislər arasında Türkiyə vətəndaşları da var. Bu barədə yayılan məlumatlar Ermənistan Futbol Federasiyasının (FFA) açıqlamasına səbəb olub.
Moderator.az xəbər verir ki, Ermənistanın “ArmTimes” nəşrinin məlumatına görə, Respublika stadionunda türk əməkdaşların fəaliyyət göstərməsi ilə bağlı yayılan xəbərlərə Ermənistan Futbol Federasiyası münasibət bildirib.
Federasiyanın açıqlamasında qeyd olunub ki, Ermənistanda UEFA-nın himayəsi altında keçirilən turnirlərin çəkilişləri 10 ildən artıqdır ki, mərkəzləşdirilmiş yayım sisteminə keçid çərçivəsində birbaşa UEFA tərəfindən həyata keçirilir.
Bildirilib ki, beynəlxalq futbol qurumu Ermənistana müxtəlif millətlərdən olan mütəxəssislər göndərir. Onların arasında Türkiyədən olan çəkiliş mütəxəssisləri də var.
Ermənistan Futbol Federasiyası vurğulayıb ki, UEFA əməkdaşlarının seçilməsi prosesinə heç bir təsir imkanına malik deyil və bu məsələdə hər hansı səlahiyyət daşımır.
Açıqlamada, həmçinin qeyd olunub ki, Ermənistan milli komandasının Millətlər Liqasının hazırkı mərhələsindəki oyunlarının, eləcə də “Ararat-Armenia” klubunun Avropa Liqasının qrup mərhələsindəki qarşılaşmalarının çəkilişlərini eyni əməkdaşlar həyata keçirirlər.
Federasiya bir daha bəyan edib ki, çəkiliş heyətinin formalaşdırılması və mütəxəssislərin seçilməsi UEFA-nın məsuliyyət dairəsinə daxildir.
Beləliklə, Ermənistan Futbol Federasiyasının açıqlamasından məlum olur ki, İrəvandakı Respublika stadionunda UEFA xətti ilə çalışan çəkiliş mütəxəssisləri arasında Türkiyə vətəndaşları da yer alır. Lakin onların işə cəlb olunması Ermənistan Futbol Federasiyasının deyil, UEFA-nın qərarıdır.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 12 Noyabr 2026 07:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















