Icma.az
close
up
RU
Respublika üzrə arpa zəmilərinin 42,5 faizində biçin başa çatıb operativ məlumat

Respublika üzrə arpa zəmilərinin 42,5 faizində biçin başa çatıb operativ məlumat

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 17 iyun, AZƏRTAC

Respublikanın taxıl zəmilərində biçin davam edir. İyunun 17-nə olan operativ məlumata əsasən, taxıl sahələrinin 21 faizində biçin başa çatıb. Biçin aparılmış 196 min 64 hektar sahədən 631 min 824 ton məhsul yığılıb. Hazırda respublikada taxıl üzrə orta məhsuldarlıq 32,2 sent/ha təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, biçin prosesi əsasən Aran rayonlarının arpa sahələrində aparılır. Bu il respublikada 426 min 623 hektar sahədə payızlıq arpa əkilib. Hazırda əkin sahələrinin 42,5 faizində biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 32 sent/ha təşkil edir.

Hazırda 43 rayonda arpa biçini gedir. Cəlilabad, Bərdə, Neftçala, Salyan və Yevlax rayonlarında arpa biçini artıq yekunlaşmaq üzrədir. Bu rayonlarda arpa zəmilərinin 90 faizdən çoxu biçilib. Arpa üzrə ən yüksək məhsuldarlıq Hacıqabul (40 sent/ha), Bərdə (39,4 sent/ha), Sabirabad (38,7 sent/ha) və Salyan (38,4 sent/ha) rayonlarında qeydə alınıb.

Yaxın günlərdə bölgələrdə buğda biçininə start veriləcək.

İyunun 16-da taxıl biçinində 1415 kombayn iştirak edib. Onlardan 579-u “Aqroservis” ASC-nin, 836-sı isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Hazırda ən çox kombayn Cəlilabad (125), Şəki (116), Neftçala (82) və Kürdəmir (78) rayonlarının taxıl sahələrində biçin aparır.

Arpa biçininin yekunlaşmaqda olduğu və yüksək məhsuldarlıq əldə edilən rayonlardan biri də Sabirabad rayonudur. Bu il Sabirabad rayonunda 20 min 290 hektar sahədə payızlıq taxıl əkilib: 10 min 904 hektar sahədə buğda, 9 min 387 hektar sahədə isə arpa becərilib. Artıq rayon üzrə arpa sahələrinin 70 faizində, taxıl sahələrinin isə 2,3 faizində biçin yekunlaşıb. Arpa üzrə orta məhsuldarlıq 38,7 sent/ha, buğda üzrə isə 43,4 sent/ha təşkil edir.

Biçin prosesinə, ümumilikdə, 64 kombayn cəlb olunub. Bunlardan 23-ü “Aqroservis” ASC-nin, 41-i isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Biçin növbəlilik prinsipi ilə aparılır. “Aqroservis” ASC tərəfindən tələbata uyğun olaraq biçin aparılmayan bölgələrdən Sabirabad rayonuna kombaynların dislokasiyası həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri