Icma.az
close
up
RU
Rəssam: Öyrənmək həvəsini itirməmək püxtələşmək üçün zəruri şərtdir AZƏRTAC

Rəssam: Öyrənmək həvəsini itirməmək püxtələşmək üçün zəruri şərtdir AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gəncə, 18 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Rəssamlıq incəsənətin özünə məxsus incəlikləri, gözəlliyi olan növüdür. Səssiz poeziyaya bənzədilən rəsm əsərlərini ərsəyə gətirmək onun yaradıcısından göz nuru, səbr, diqqət, sevgi, zəngin təxəyyül, nəhayət, fitri istedad tələb edir. Hər bir əsər ona baxanlarda fərqli bir ovqat, təəssürat, fikir yaradır. Bir sözlə, rəssam iç dünyasını müxtəlif kompozisiyalar, rənglər, işıq və kölgə kimi bir sıra amillərin köməyi ilə öz əl işlərində əks etdirir. Ömrünü rəssamlıq sənətinin incəliklərini dərindən qavrayıb, öyrənməyə həsr edənlərdən biri də Sahibə Nəsibovadır.

AZƏRTAC-ın bölgə müxbirinə incəsənətin bu sahəsinə marağından söz açan 36 yaşlı gəncəli rəssam indiyədək 4000-dək əl işi ərsəyə gətirib. Onları yağlı boya, rəngli qələmlərlə yaradıb, həmçinin taxta üzərində də əl işləri var.

“İxtisasım “informatika müəllimliyi” olsa da, rəssam dayımdan ilhamlanaraq, bu sənətə meyl etdim. Bir sıra yerli sənətkarlardan dərs almışam, xarici rəssamların texnikasından bəhrələnməyə də çalışıram. İnsan asanlıqla öz peşəsinin ustası olmur. Araşdırmaq, öyrənmək həvəsini itirməmək püxtələşmək üçün zəruri şərtlərdir”, - deyən müsahibim yağlı boya və qələmlərlə əl işlərini realist üslubda icra edir. Əsasən portret janrına üstünlük verən rəssam əsərlərində şəxslərin fərdi cizgilərinə diqqət etməyin çox vacib olduğunu deyir. Taxta üzərində rəngli boyalarla çəkilən rəsmlər isə surrealizm cərəyanına aiddir.

“Sürrealizm fantaziya və təxəyyülə geniş imkanlar açır. Taxta üzərindəki əsərlərimdə fikir və emosiyalarımı daha geniş şəkildə əks etdirə bilirəm. Biz bir rəngin içərisində bir neçə rəng görürük. Cizgilərin, dünya içində dünya olan rənglərin, boyaların ahəngində müxtəlif təsvirlər yaradaraq öz daxili aləmimizi əks etdiririk, özümüzü ifadə edirik”, - deyən rəssam vurğulayır ki, bir əl işi üçün bəzən 15 gün işləmək lazım gəlir.

Sahibə Nəsibova rəsm əsərlərinin əksəriyyətini sifariş əsasında hazırladığını qeyd edir. Qiymətlər isə 25 manatdan 500 manatadək dəyişə bilir: “Yağlı boya ilə işlənən işlər daha çox vaxt və zəhmət tələb edir. Ruhuma qida olan rəssamlıq sənəti ilə məşğuluğumu da təmin edirəm. Rəsm çəkmək əl və göz əzələlərini inkişaf etdirir, bu zaman gərginlik, yorğunluq azalır, beyin tam fərqli işləyir. Bu səbəbdən insanlara həvəskar səviyyədə olsa belə, rəsm çəkməyi öyrənməyi tövsiyə edirəm”.

Bir neçə yerli festival və sərgilərdə iştirak edən rəssamın ən böyük arzusu şəxsi sərgisini təşkil etməklə yanaşı, rəsm məktəbini yaratmaq, uşaqlara bu sənətin sirrlərini tədris etməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri