Restoranda xidmətdən narazı qaldı, ofisiant tərəfindən döyüldü
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Biləsuvar rayonunda yerləşən "Zirvə" restoranında müştərini döyən ofisianta hökm oxunub.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, F.R. dostları ilə birgə adıçəkilən restorana yeyib-içməyə gedib. Göstərilən xidmətdən narazı qalan F.R. restoran rəhbərliyinə şikayət edib və dostları ilə birlikdə məkanı tərk etmək istəyib.
Onlara xidmət göstərən, 1993-cü il təvəllüdlü ofisant O.D. isə F.R.-yə restoran rəhbərliyinə niyə şikayət etdiyini irad tutub. Ardınca onun üz nahiyəsinə başı və əli ilə zərbələr endirib. Hadisə "Zirvə" restoranının həyətində baş verib və nəticədə F.R. xəsarət alıb.
Məhkəmənin qərarı ilə O.D. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə ilə cəzalandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 24 Aprel 2025 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















