Icma.az
close
up
RU
Universitetdən sonrakı gənclər: Restoranda ofisiant, marketdə satıcı

Universitetdən sonrakı gənclər: Restoranda ofisiant, marketdə satıcı

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gənc məzunların işlə təminatı ilə bağlı açıqlanan hesabata görə, bir sıra Avropa ölkələri ön sırada yer alsa da, Azərbaycan bu siyahıda 42 faizlə son sıralardadır.

Qeyd edək ki, bu gün ali təhsil müəssisələrinin məzunları iş tapmaqda çətinliklərlə üzləşirlər. Hətta ölkədə elə ali təhsil ocaqları var ki, oradakı ixtisaslara yiyələnmiş heç bir məzun bu sahədə çalışmır.

Maraqlıdır, məzunların bir çoxu işlə təmin olunmamasına baxmayaraq, həmin universitetlərə hər il 10 minlərlə qəbul həyata keçirilir. Universitetlər isə məzunlarının taleyinə cavabdeh deyillər.

Ancaq bu da bir faktdır ki, ali təhsilli gənclər restoranlarda, marketlərdə işləyirlər. Təhsil aldığı ixtisas üzrə iş tapa bilməyəcəksə, həmin gənclərin ali təhsil almasına ehtiyac varmı? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, ölkədə ali və orta ixtisas təhsili ilə əmək bazarı arasında əlaqə hələ də struktur səviyyəsində qurulmayıb:

“İllərdir müşahidə olunan əsas ziddiyyət ondan ibarətdir ki, universitetlər kəmiyyət baxımından daha çox məzun verir, lakin bu məzunların iqtisadiyyatın real tələblərinə cavab vermə dərəcəsi aşağı qalır. Hər il minlərlə gənc ali və ya orta ixtisas təhsili alır, lakin onların böyük bir qismi ixtisasına uyğun iş tapa bilmir. Bu hal, həm təhsilin məqsədi, həm də dövlətin insan kapitalına yatırdığı sərmayənin səmərəliliyi baxımından ciddi narahatlıq doğurur. 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində açıq şəkildə göstərilir ki, ali təhsilin vəzifəsi “əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlamaq”dır. Eyni zamanda, “Məşğulluq haqqında” Qanunun 6-cı maddəsinə görə, dövlət orqanları və təhsil müəssisələri əmək bazarının təhlilini aparmalı, bu təhlillərin nəticələrinə əsasən qəbul planlarını və ixtisas strukturunu formalaşdırmalıdırlar. 

Amma reallıqda bu tələb yalnız Elm və Təhsil Nazirliyinin üzərində qalır. Nazirlik mütəmadi olaraq əmək bazarının struktur dəyişikliklərini, iqtisadiyyatın hansı sahələrində kadra tələbat olduğunu, hansı ixtisaslarda artıq təklif yarandığını araşdırır və tədris planlarını buna uyğun tənzimləyir. Halbuki bu funksiyanı universitetlər və kolleclər öz daxili analitik mərkəzləri vasitəsilə həyata keçirməli idilər.

Mövcud vəziyyət onu göstərir ki, universitetlərin əksəriyyəti əmək bazarını nə təhlil edir, nə də izləyir. Onların karyera və analitik mərkəzləri formal fəaliyyət göstərir, real bazar təhlili, işəgötürənlərlə əməkdaşlıq və məzun izləmə sistemləri ya yoxdur, ya da sadəcə hesabat üçün yaradılıb. 

Universitetlər qəbul planlarını da çox vaxt yalnız əvvəlki illərin təcrübəsinə əsasən tərtib edirlər, bazar tendensiyalarını proqnozlaşdırmaq, regionların iqtisadi ehtiyaclarını öyrənmək istiqamətində elmi əsaslı araşdırmalar aparmırlar. Nəticədə eyni ixtisaslarda artıq məzun kütləsi formalaşır, amma iş tapmaq imkanı azalır”.

Ekspert bildirib ki, Dövlət İmtahan Mərkəzinin məlumatlarına görə, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul olanların sayı 91 min nəfərə çatıb:

“Amma həmin ildə iqtisadiyyatın mütəxəssis tələbi yalnız 54 min səviyyəsində olub. Bu o deməkdir ki, hər il 30-40 faiz tələbə artıq təkliflə oxuyur. Dövlət Statistika Komitəsinin məlumatları da göstərir ki, son 5 ildə ali təhsilli gənclərin 48 faizi ixtisasına uyğun işlə təmin olunmayıb.

Ən çox disbalans iqtisadiyyat, hüquq, menecment və pedaqoji ixtisaslarda müşahidə olunur. Bu rəqəmlər ali məktəblərin əmək bazarı ilə əlaqəsini qurmadığını, tədris proqramlarını yalnız daxili akademik maraqlara əsasən planlaşdırdığını göstərir.

Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər isə sistemli və strateji xarakter daşıyır. Nazirlik son illərdə “Ali təhsil müəssisələrinin performans qiymətləndirilməsi”, “Məzun izləmə sistemi”, “Universitet-sənaye əməkdaşlığı konsepsiyası” kimi mexanizmlər yaradıb.

Bu, təhsilin nəticələrinə nəzarətin gücləndirilməsinə və universitetlərin cavabdehliyinin artırılmasına xidmət edir. Nazirlik, həmçinin regionlarda fəaliyyət göstərən universitetlərə əmək bazarına uyğun yeni ixtisaslar açmaq, köhnəlmiş istiqamətləri isə bağlamaq tövsiyələri verir. Bu, təhsilin planlaşdırılmasında real iqtisadi meyillərə əsaslanmaq baxımından çox vacib və müsbət addımdır”.

Onun sözlərinə görə, bununla belə, universitetlər hələ də təşəbbüssüz və passiv mövqedədir:

“Əksər ali məktəblərin nə “əmək bazarı təhlili mərkəzi”, nə “məzun monitorinq sistemi”, nə də “sənaye tərəfdaşlığı ofisi” real fəaliyyət göstərir. Onların vəzifəsi təkcə tələbə qəbul etmək və diplom vermək deyil, həm də məzunun işlə təmin olunmasına şərait yaratmaqdır.

Lakin çox vaxt universitetlər bu məsuliyyəti öz üzərindən atır, məzunun işlə təminatı ilə maraqlanmır, öz tədris proqramlarının effektivliyini bu meyarla ölçmür. Halbuki beynəlxalq təcrübədə, xüsusilə Almaniya, Kanada və Finlandiyada – universitetlərin illik hesabatları məzunların bir il ərzində işlə təminat göstəricilərinə əsaslanır.

Bu göstərici aşağı olduqda, universitetin reytinqi, dövlət maliyyələşməsi və tədris proqramlarının akkreditasiyası da risk altına düşür.

Digər ciddi problem kolleclərin zəifliyidir. Onlar nə tədris keyfiyyətinə görə, nə də əmək bazarına uyğunluğuna görə ali məktəblərlə rəqabət apara bilirlər. Halbuki inkişaf etmiş ölkələrdə texniki kolleclər iqtisadiyyatın əsas dayaq sütunlarından biridir.

Almaniyada “Dual təhsil sistemi” sayəsində tələbə həm təhsil alır, həm işləyir və məzun olan kimi ixtisaslı kadr kimi bazara daxil olur. Azərbaycanda isə kolleclərin əksəriyyəti köhnə tədris proqramları ilə fəaliyyət göstərir, texniki avadanlıqları yenilənmir, müəllim heyəti müasir texnologiyaları bilmir. Nəticədə kolleclər əmək bazarının real tələbinə cavab verə bilmir, bu sahədə Elm və Təhsil Nazirliyi yenə də təkbaşına prosesə rəhbərlik etməli olur.

Elm və Təhsil Nazirliyinin rolu burada xüsusi vurğulanmalıdır. Nazirlik bu istiqamətdə tək fəaliyyət göstərsə də, həm hüquqi baza, həm də metodoloji istiqamətləri ardıcıl şəkildə gücləndirir. Nazirliyin “Rəqəmsal Məzun Platforması”, “Karyera dəstəyi portalı” və “Peşə Təhsili və İşəgötürən Əməkdaşlığı Forumu” kimi layihələri universitet və kolleclərə konkret fəaliyyət modeli təqdim edir. 

Lakin bu mexanizmlər yalnız o zaman real nəticə verəcək ki, universitetlər və kolleclər də məsuliyyətli tərəf kimi bu prosesi sahiblənsinlər”.Ekspertin fikrincə, hazırkı vəziyyət onu göstərir ki, təhsil sistemi inkişaf edir, amma onun iqtisadiyyatla inteqrasiyası hələ tam deyil:

“Universitetlər və kolleclər əmək bazarını analiz etmədikcə, tədqiqat aparmadıqca və işəgötürənlərlə real əməkdaşlığa getmədikcə, diplom iş təminatı anlamına gəlməyəcək.

Əgər Elm və Təhsil Nazirliyi bu istiqamətdə islahat xəttini davam etdirərsə, yaxın illərdə universitetlərdən real hesabat tələb edən, ixtisas planlarını bazar əsaslı tənzimləyən, kollecləri isə müasir texnoloji təlim ocaqlarına çevirən sistem formalaşacaq.

Hesab edirəm ki, problem təkcə məzunların işsiz qalması deyil, təhsilin bazarla əlaqəsinin zəifliyidir. Universitetlər öz funksiyalarını tam yerinə yetirmir, əmək bazarını təhlil etmir, mərkəzləri formal fəaliyyət göstərir, amma Elm və Təhsil Nazirliyi bu boşluğu öz üzərinə götürərək islahatların aparıcı qüvvəsinə çevrilib. Bu, ölkə üçün strateji və müsbət hadisədir.

Nazirliyin gördüyü işlər ali və orta ixtisas təhsilində məsuliyyət anlayışını formalaşdırır. Amma artıq vaxt çatıb ki, universitetlər də bu məsuliyyəti bölüşsünlər. Təhsil yalnız diplom vermək yox, əmək bazarında fayda yaratmaq deməkdir, və bu istiqamətdə Elm və Təhsil Nazirliyi doğru istiqamətdə, lakin təkbaşına irəliləyir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: ofisiant marketdə satıcı Kamran Əsədov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri