Icma.az
close
up
RU
Restoranı qarət edib ərzaqları evsizlərə payladı 2 il həbs

Restoranı qarət edib ərzaqları evsizlərə payladı 2 il həbs

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda restoranı qarət edərək oğurladığı ərzaqların böyük hissəsini evsiz və ehtiyaclı şəxslərə paylayan 42 yaşlı Zöhrab Rəhimovun məhkəməsi başa çatıb.

Modern.az “Haqqın.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda, H.Seyidzadə küçəsində yerləşən “Ardıc” ailəvi restoranında baş verib.

Zöhrab Rəhimov gecə saatlarında restoranın hasarını aşıb, pəncərənin torunu cıraraq mətbəxə daxil olub. O, ümumi dəyəri təxminən 1270 manat olan samovar, müxtəlif növ ət və içkiləri oğurlayıb. Əşyaları hadisə yerindən velosipedlə daşıyıb.

Təqsirləndirilən şəxs ifadəsində ərzaqların bir hissəsini özünün istifadə etdiyini, böyük hissəsini isə küçədə yaşayan evsiz insanlara payladığını bildirib.

“Samovarı 42 manata satıb pulunu xərclədim. Etdiyim əməldən peşman deyiləm”, – o deyib.

Restoran sahibi dəymiş ziyanın yalnız samovar hissəsinin qarşılandığını, qalan məbləğin ödənilmədiyini bildirib və təqsirləndirilən şəxsin cəzalandırılmasını istəyib.

Mayın 29-da saxlanılan Zöhrab Rəhimova Cinayət Məcəlləsinin 177.2.3-cü – yaşayış sahəsinə və ya başqa saxlanma yerlərinə qanunsuz daxil olmaqla oğurluq maddəsi ilə ittiham irəli sürülüb.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Zöhrab Rəhimov ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmaqla 2 il müddətinə azadlıqdan məhrum edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2026 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri