Restoranlarda hər an partlayış ola bilər? Görünməyən təhlükənin pərdəarxası: AÇIQLAMA
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
"Restoran və kafelərdə həm yanğın, həm də qida təhlükəsizliyi ilə bağlı qaydaların pozulması hallarının çoxalması cəmiyyətdə ciddi təşviş yaradır."
Demokrat.az saytı xəbər verir ki, təhlükəsizlik sahəsi üzrə mütəxəssis Samir Nəbiyev ictimai iaşə obyektlərindəki kritik boşluqlar və potensial risk faktorları ilə bağlı mühüm xəbərdarlıqlar edib. O bildirib ki, mətbəxlərdə qaz, yağ və elektrikin bir arada olması partlayış riskini maksimuma çatdırır.
Ekspertin sözlərinə görə, iaşə obyektlərində havalandırma sistemlərinin, tüstü detektorlarının və od söndürmə balonlarının olması sadəcə formal xarakter daşımamalı, real nəzarət mexanizmi ilə işləməlidir. Samir Nəbiyev xüsusilə kadr dəyişikliyi məsələsinə toxunaraq qeyd edib ki, təlimsiz personal fövqəladə hallarda panikaya düşərək vəziyyəti daha da gərginləşdirir. İşəgötürənlər yeni kadrların təliminə mütləq investisiya ayırmalıdırlar, çünki insan amili təhlükəsizliyin ən zəif bəndinə çevrilə bilər.
"Bu səbəbdən işə götürənlər yeni kadrları mütləq təlimə göndərməli və investisiya etməlidirlər. Təlimsiz və ilkin iş yerlərində çalışan işçilər, fövqəladə vəziyyət zamanı panikaya düşə bilərlər. Mətbəx hissəsində qaz, yağ və elektrik kimi bir çox təhlükə bir aradadır, bu da potensial patlayış riskini artırır. Yağın təhlükəsizliyi yalnız formal yox, real nəzarət altında təmin edilməlidir. Qida təhlükəsizliyi də eyni şəkildə ciddi şəkildə idarə olunmalıdır".
Qida təhlükəsizliyi məsələsində də vəziyyət ürəkaçan deyil. Məhsulun xammal kimi qəbulundan süfrəyə təqdim olunana qədər hər bir mərhələdə temperatur rejiminə və gigiyena qaydalarına riayət olunması vacibdir. Bu zəncirin hər hansı bir halqasında yaranan qüsur birbaşa insan sağlamlığına təhdid yaradır. Sahibkarlar bu prosesləri yalnız qazanc obyekti kimi deyil, böyük bir məsuliyyət sahəsi kimi görməlidirlər.
Qeyd edək ki, hansı bir restorana daxil olarkən təkcə menyuya və qiymətlərə deyil, həm də obyektin təhlükəsizlik infrastrukturuna (məsələn, yanğın çıxışlarının açıq olması, detektorların mövcudluğu) diqqət yetirmək həyati əhəmiyyət kəsb edir. Yəni, vətəndaşlar istehlakçı olaraq daha tələbkar olmalı və təhlükəsizlik standartlarına şübhə etdikləri məkanlardan uzaq durmalıdırlar.
Əfsanə Kamal
Demokrat.az
Baxış sayı:67
Bu xəbər 19 Yanvar 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















