Icma.az
close
up
RU
Restoranlarda yeni soyğun üsulu: Bizdə qayda belədir”

Restoranlarda yeni soyğun üsulu: Bizdə qayda belədir”

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda restorana gedən müştərini artıq təkcə menyudakı qiymətlər yox, çekdə onu gözləyən "sürpriz rəqəmlər" də düşündürür. Süfrəyə gələn yeməklərdən daha tez-tez müzakirə olunan mövzu isə sonda hesaba əlavə edilən "servis haqqı"dır. Bir restoranda bir faiz, digərində beş faiz, bəzi məkanlarda isə daha yüksək məbləğ.

Müştəri də çaşqın qalır: bu xidmətin qiyməti harada yazılıb, nə ilə əsaslandırılıb və ümumiyyətlə, buna etiraz etmək haqqı varmı? Ən problemli məqam isə odur ki, bir çox hallarda servis pulu barədə müştəriyə əvvəlcədən məlumat verilmir. Menyuda qeyd olunmayan bu əlavə məbləğ yalnız hesab masaya gələndə ortaya çıxır. Etiraz ediləndə isə adətən eyni cavab səslənir: "Bizdə qayda belədir".

Xidmət turizmi ilə ad çıxarmış Türkiyədə hökumət restoran və kafelərdə məcburi servis haqqı tutulmasını qadağan etməyə hazırlaşır. Türkiyənin Ticarət Nazirliyi qida və içki xidmətləri göstərən restoran, kafe, şirniyyat və bənzər müəssisələrin müştərilərdən xidmət, süfrə rüsumları və ya bənzər adlar altında ödəniş tələb etməsinin qarşısını alacaq yeni qayda tətbiq edəcək. Nazirliyin yaydığı məlumata görə, restoran və kafelər müştərilərdən tarif və qiymət cədvəlində göstərilən qiymətlərdən başqa istənilən adla xidmət haqqı və ya hər hansı digər ödənişi yalnız menyuda əvvəlcədən göstərmək şərti ilə tuta bilərlər. Bu zaman bir sual yaranır. Bəs bizdə servis haqqı ilə bağlı hər hansı nizamlama tətbiq edilə bilərmi?

Milli.Az-ın məlumatına görə, Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndinin "Kaspi"yə bildirib ki, bu kimi məsələlər ölkəmizin imicinə və turizm sektoruna ciddi təsir edir: "Azərbaycanda da bu məsələnin müzakirəyə çıxarılması vaxtıdır. Çünki hazırkı təcrübədə bəzən hesabın üzərinə əvvəlcədən bildirilməyən 5-15 faiz servis haqqının əlavə olunması həm yerli müştərilərdə, həm də turistlərdə narazılıq yaradır. Bu, ölkənin qonaqpərvərlik imicinə də mənfi təsir edir. Bizim mövqeyimiz odur ki, xidmət haqqı yalnız tam şəffaf, əvvəlcədən göstərilən və istehlakçı tərəfindən aydın şəkildə qəbul olunan formada olmalıdır".

S.Dübəndi bildirdi ki, Azərbaycanda servis haqqı məsələsi xüsusi qanunla tənzimlənmir, lakin "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun, "Ticarət, ictimai iaşə və məişət xidmətləri qaydaları", həmçinin Vergi Məcəlləsi bu sahəyə tətbiq olunan əsas hüquqi çərçivəni müəyyən edir: "Bu sənədlər tələb edir ki, ictimai iaşə müəssisələri göstərdikləri xidmətin qiymətini əvvəlcədən, tam və aydın şəkildə müştəriyə təqdim etsin, hər bir ödəniş qəbzdə ayrıca göstərilsin və gizli ödənişə yol verilməsin. Bu normalar servis haqqının ya açıq şəkildə göstərilməsi, ya da ümumiyyətlə ləğv edilməsi üçün hüquqi baza yaradır. Turizm zonalarında isə Dövlət Turizm Agentliyinin normativ aktları vasitəsilə əlavə tələblər - menyuda aydın məlumatlandırma və qiymət şəffaflığı - tətbiq oluna bilər".

Sədrin fikrincə, servis haqqı məsələsi həll olunarsa, xidmət səviyyəsi və istehlakçı məmnuniyyəti də yüksələcək: "Dövlət qurumları, turizm sektoru və sahibkarlar arasında dialoq başlasa, üç əsas istiqamət üzrə optimal model formalaşdıra bilərik. Birincisi, Türkiyə modelinə uyğun servis haqqının ləğvi və xərclərin qiymətə daxil edilməsidir. İkincisi, əgər saxlanılırsa, menyuda, qəbzdə və girişdə açıq göstərilməsi məcburi olmalıdır. Üçüncüsü, paralel olaraq əməkhaqqı və motivasiya sistemlərinin yenilənməsi vacibdir".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, qanunvericilikdə bu barədə hər hansı müddəalar nəzərdə tutulmadığından sahibkarlar istədikləri kimi özbaşınalıq edə bilirlər: "İstər yerli vətəndaşlar, istərsə də ölkəmizə gələn qonaqlar bundan şikayət edirlər. Vətəndaş şikayət etdikdə də müvafiq orqanlar bildirirlər ki, sahibkarın şəxsi ərazisidir. Vahid qaydalar yoxdur. Sahibkarlar biznes qurumları üçün yaradılmış toxunulmazlıqdan sui-istifadə edirlər. Bu halda da istehlakçıların hüquqlarını pozurlar. Məsələn, əyləncə, müğənni varsa, bunun xərci də müştəridən çıxılır və bu barədə heç bir məlumat verilmir. Qanun da belə halları qadağa etmir. Dövlət tərəfindən tənzimləmə olmadığı üçün hər sahibkar istədiyi qədər servis haqqı təyin edir".

E.Hüseynov da bildirir ki, əgər restoranda servis haqqı varsa, bu, istənilən halda menyuda qeyd edilməlidir. İstehlakçı öncədən bunu bilməlidir: "Menyuda göstərilibsə, vətəndaş da razılaşıbsa, o halda servis haqqından imtina etməyə heç bir hüququ yoxdur. Əgər öncədən menyuda hər hansı bir servis haqqı qeyd edilməyibsə, amma hesabda qeyd olunubsa, bu, istehlakçı hüquqlarının pozulmasıdır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu kimi məsələlərə nəzarət həyata keçirməlidir. Əgər qanun pozuntusu varsa, cərimələri də yalnız onlar tətbiq edə bilirlər". 
Milli.Az
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Dekabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri