Icma.az
close
up
RU
Restoranlarda yeni soyğun üsulu: Bizdə qayda belədir”

Restoranlarda yeni soyğun üsulu: Bizdə qayda belədir”

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda restorana gedən müştərini artıq təkcə menyudakı qiymətlər yox, çekdə onu gözləyən "sürpriz rəqəmlər” də düşündürür. Süfrəyə gələn yeməklərdən daha tez-tez müzakirə olunan mövzu isə sonda hesaba əlavə edilən "servis haqqı”dır. Bir restoranda bir faiz, digərində beş faiz, bəzi məkanlarda isə daha yüksək məbləğ.
Müştəri də çaşqın qalır: bu xidmətin qiyməti harada yazılıb, nə ilə əsaslandırılıb və ümumiyyətlə, buna etiraz etmək haqqı varmı? Ən problemli məqam isə odur ki, bir çox hallarda servis pulu barədə müştəriyə əvvəlcədən məlumat verilmir. Menyuda qeyd olunmayan bu əlavə məbləğ yalnız hesab masaya gələndə ortaya çıxır.
Etiraz ediləndə isə adətən eyni cavab səslənir:
"Bizdə qayda belədir”.

Xidmət turizmi ilə ad çıxarmış Türkiyədə hökumət restoran və kafelərdə məcburi servis haqqı tutulmasını qadağan etməyə hazırlaşır. Türkiyənin Ticarət Nazirliyi qida və içki xidmətləri göstərən restoran, kafe, şirniyyat və bənzər müəssisələrin müştərilərdən xidmət, süfrə rüsumları və ya bənzər adlar altında ödəniş tələb etməsinin qarşısını alacaq yeni qayda tətbiq edəcək. Nazirliyin yaydığı məlumata görə, restoran və kafelər müştərilərdən tarif və qiymət cədvəlində göstərilən qiymətlərdən başqa istənilən adla xidmət haqqı və ya hər hansı digər ödənişi yalnız menyuda əvvəlcədən göstərmək şərti ilə tuta bilərlər. 
Bu zaman bir sual yaranır. Bəs bizdə servis haqqı ilə bağlı hər hansı nizamlama tətbiq edilə bilərmi?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlama verən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, bu kimi məsələlər ölkəmizin imicinə və turizm sektoruna ciddi təsir edir: 
"Azərbaycanda da bu məsələnin müzakirəyə çıxarılması vaxtıdır. Çünki hazırkı təcrübədə bəzən hesabın üzərinə əvvəlcədən bildirilməyən 5–15 faiz servis haqqının əlavə olunması həm yerli müştərilərdə, həm də turistlərdə narazılıq yaradır. Bu, ölkənin qonaqpərvərlik imicinə də mənfi təsir edir. Bizim mövqeyimiz odur ki, xidmət haqqı yalnız tam şəffaf, əvvəlcədən göstərilən və istehlakçı tərəfindən aydın şəkildə qəbul olunan formada olmalıdır”.
 

S.Dübəndi bildirdi ki, Azərbaycanda servis haqqı məsələsi xüsusi qanunla tənzimlənmir, lakin "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun, "Ticarət, ictimai iaşə və məişət xidmətləri qaydaları”, həmçinin Vergi Məcəlləsi bu sahəyə tətbiq olunan əsas hüquqi çərçivəni müəyyən edir:


"Bu sənədlər tələb edir ki, ictimai iaşə müəssisələri göstərdikləri xidmətin qiymətini əvvəlcədən, tam və aydın şəkildə müştəriyə təqdim etsin, hər bir ödəniş qəbzdə ayrıca göstərilsin və gizli ödənişə yol verilməsin. Bu normalar servis haqqının ya açıq şəkildə göstərilməsi, ya da ümumiyyətlə ləğv edilməsi üçün hüquqi baza yaradır. Turizm zonalarında isə Dövlət Turizm Agentliyinin normativ aktları vasitəsilə əlavə tələblər – menyuda aydın məlumatlandırma və qiymət şəffaflığı – tətbiq oluna bilər”.
Sədrin fikrincə, servis haqqı məsələsi həll olunarsa, xidmət səviyyəsi və istehlakçı məmnuniyyəti də yüksələcək: 
"Dövlət qurumları, turizm sektoru və sahibkarlar arasında dialoq başlasa, üç əsas istiqamət üzrə optimal model formalaşdıra bilərik. Birincisi, Türkiyə modelinə uyğun servis haqqının ləğvi və xərclərin qiymətə daxil edilməsidir. İkincisi, əgər saxlanılırsa, menyuda, qəbzdə və girişdə açıq göstərilməsi məcburi olmalıdır. Üçüncüsü, paralel olaraq əməkhaqqı və motivasiya sistemlərinin yenilənməsi vacibdir”.
 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, qanunvericilikdə bu barədə hər hansı müddəalar nəzərdə tutulmadığından sahibkarlar istədikləri kimi özbaşınalıq edə bilirlər:


"İstər yerli vətəndaşlar, istərsə də ölkəmizə gələn qonaqlar bundan şikayət edirlər. Vətəndaş şikayət etdikdə də müvafiq orqanlar bildirirlər ki, sahibkarın şəxsi ərazisidir. Vahid qaydalar yoxdur. Sahibkarlar biznes qurumları üçün yaradılmış toxunulmazlıqdan sui-istifadə edirlər. Bu halda da istehlakçıların hüquqlarını pozurlar. Məsələn, əyləncə, müğənni varsa, bunun xərci də müştəridən çıxılır və bu barədə heç bir məlumat verilmir. Qanun da belə halları qadağa etmir. Dövlət tərəfindən tənzimləmə olmadığı üçün hər sahibkar istədiyi qədər servis haqqı təyin edir”.
E.Hüseynov da bildirir ki, əgər restoranda servis haqqı varsa, bu, istənilən halda menyuda qeyd edilməlidir. İstehlakçı öncədən bunu bilməlidir: 
"Menyuda göstərilibsə, vətəndaş da razılaşıbsa, o halda servis haqqından imtina etməyə heç bir hüququ yoxdur. Əgər öncədən menyuda hər hansı bir servis haqqı qeyd edilməyibsə, amma hesabda qeyd olunubsa, bu, istehlakçı hüquqlarının pozulmasıdır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu kimi məsələlərə nəzarət həyata keçirməlidir. Əgər qanun pozuntusu varsa, cərimələri də yalnız onlar tətbiq edə bilirlər”. 
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Dekabr 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see229

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see204

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see204

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see149

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri