Rəsul Əlizadə: Bir birimizə söz vermişdik ki, bir gündə üç qızıl medal qazanacağıq
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
"Finala çıxanda bir-birimizə söz vermişdik ki, bir gündə üç qızıl medal qazanacağıq”.
İdman.biz xəbər verir ki, bunu Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən kadetlər arasında cüdo üzrə Avropa çempionatının qalibi olan azərbaycanlı cüdoçu Rəsul Əlizadə (55 kq) deyib.
Yarışın ilk günündə Azərbaycan komandası üç qızıl, bir gümüş və iki bürünc medal qazanıb. Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq) və Zeyd Ələsgərov (60 kq) çempion olublar.
Əlizadə bununla bağlı təəssüratlarını bölüşüb: "Anar Quliyev sözünün üstündə durdu, çempion oldu. Ona dedim ki, mən də qalib gələcəyəm və bunu bacardım. Məndən sonra Zeyd Ələsgərov da finalda mübarizə apardı, o da qalib gəldi. Bu, hamımızı motivasiya etdi".
Əlizadə öz çıxışı barədə də danışıb: "Heç də asan olmadı. Bütün döyüşlərim çətin keçdi, amma Artur Sarkisyana (IJF) qarşı ilk döyüşüm ən çətini oldu. Qələbə qazanmağı bacardım və bundan sonra növbəti döyüşlərə daha çox motivasiya ilə hazırlaşdım".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 27 İyun 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















