Icma.az
close
up
RU
Rəsul Quliyevin partiyası YAP a birləşir?

Rəsul Quliyevin partiyası YAP a birləşir?

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin sabiq sədri, hazırda ABŞ-də yaşayan Rəsul Quliyevin fəxri sədri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) fəaliyyətini dayandıraraq üzvlərinin Yeni Azərbaycan Partiyasına (YAP) birləşmək üçün müraciət etməsi ilə bağlı məlumatlar var. 

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Azər Badamov Modern.az-a açıqlamasında onlara belə bir rəsmi müraciətin daxil olmadığını, gələcəkdə belə bir addım atılarsa, rəhbər orqanlar tərəfindən siyasi və hüquqi aspektlər nəzərə alınmaqla qərar qəbul oluna biləcəyini bildirib:

“Yeni Azərbaycan Partiyası regionun ən perspektivli siyasi təşkilatıdır. Kimlərincə öz fəaliyyətlərini bizim partiyada görməsi çox normaldır. Partiyamızın siyasi fəaliyyət tarixində müxtəlif siyasi təşkilatların bizə qoşulması və vahid siyasi platformada birləşməsi ilə bağlı zəngin təcrübə formalaşıb. Məlum olduğu kimi, müxtəlif dövrlərdə Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Sahibkarlar Partiyası kimi siyasi təşkilatlar fəaliyyətlərini dayandıraraq Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərar qəbul ediblər. Bu addımlar həmin partiyaların ölkənin aparıcı siyasi qüvvəsi ətrafında birləşmək, dövlətçilik maraqlarına xidmət etmək və Azərbaycanın inkişaf strategiyasına dəstək vermək niyyətindən irəli gəlirdi".

Azər Badamov Gələcək Azərbaycan Partiyasından YAP-a birləşmək istəyi ilə bağlı partiyanın İdarə Heyətinə hər hansı rəsmi müraciət etmədiyini bildirib.

"Təbii ki, gələcəkdə belə bir müraciət təqdim olunarsa, məsələ partiyanın rəhbər orqanlarında geniş şəkildə müzakirə edilərək siyasi və hüquqi aspektlər nəzərə alınmaqla müvafiq qərar qəbul oluna bilər. Ümumilikdə, Azərbaycanda sağlam siyasi münasibətlərin formalaşması, milli maraqlar ətrafında həmrəyliyin gücləndirilməsi və dövlətçilik ənənələrinin qorunması baxımından siyasi qüvvələrin konstruktiv əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Bu mənada, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına birləşmək istəyən siyasi təşkilatların təşəbbüsləri demokratik siyasi proseslərin tərkib hissəsi kimi qiymətləndirilə bilər”.

Rəsul Quliyevin Azərbaycandakı təmsilçisi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da birləşəmk barədə xəbəri təkzib edib. Ancaq Rəsul Quliyevin son sosial media paylaşımları birləşmək barədə iddiaları inandırıcı edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri