Rəsul Quliyevin qızı Bakıya gəlib FOTO
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Milli Məclisinin sabiq sədri, hazırda Amerikada yaşayan Rəsul Quliyevin qızı Xanım Quliyeva yenidən Bakıya gəlib.
Modern.az xəbər verir ki, bu barədə Rəsul Quliyevin fəxri üzvü olduğu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.
O deyib ki, 27 Sentyabr – Anım Günündə Rəsul Quliyevin ailə üzvləri - qızı, nəvəsi və kürəkəni Zəfər abidəsini ziyarət edib, şəhidlərin xatirəsi üçün keçirilən ümumxalq mərasiminə qatılıblar.
Xatırladaq ki, Rəsul Quliyevin qızı Xanım Quliyeva ilk dəfə 30 ildən sonra Bakıda ötən il gəlmişdi.
Xatırladaq ki, 1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək ailəsi ilə birlikdə ABŞ-yə köçüb. O, həmin tarixdən sonra Azərbaycana qayıtmayıb.
Rəsul Quliyev iki oğlu, bir qızı var. Onların hər üçü Amerikada yaşayır.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 28 Sentyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















