Icma.az
close
up
RU
Rəsulzadənin abidəsini ucaldan kişi...

Rəsulzadənin abidəsini ucaldan kişi...

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


"Rəsulzadənin abidəsini ucaldan kişi vəfat etdi". Vaxtilə Bakı Şin Zavodunun direktoru işləmiş VHP Ali Məclisinin sədri Felmar Ələkbərlini daha çox belə tanıyırdılar. Elə martın 2-də dünyasını dəyişəndə də onun 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində Xalq Hərəkatındakı xidmətləri yada düşdü.

1990-ci ildə qanlı 20 Yanvar hadisələrindən sonra paytaxtda Leninin heykəllərini ilk götürən şəxslərdən idi Felmar Ələkbərli. O, bununla da kifayətlənməmiş, bir neçə aydan sonra həmin heykəlin yerində Məmməd Əmin Rəsulzadənin büstünü ucaltmışdı. Bu, təkcə Bakıda deyil, bütün Azərbaycanda Xalq Cümhuriyyəti qurucusunun ilk büstü idi.

Felmar Ələkbərli çox sonralar verdiyi müsahibələrinin birində həmin hadisəni belə xatırlayırdı:

"20 Yanvar hadisəsinin səhəri günü, yəni 21yanvarda, mən bir anlıq elə bildim ki, gözlərimin önündə Lenin ideyalarının hamısı silindi. Müəssisə rəhbəri, kommunist olmağıma baxmayaraq, onların hamısının üstündən xətt çəkdim və üz tutdum bax, bu dayandığımız yerə. Leninin büstünü götürmək üçün müəssisəmizin qarajındanqaldırıcı kran çağırdıq. Mən təklif etdim ki, heykəli çıxaraq, amma heç kəs cürət etmədi. Hamı dedi ki, bu qorxulu bir işdir. Axırda mən nərdivanı qoyub çıxdım və heykəli götürmək üçün trosu öz əllərimlə Leninin boğazına saldım. Heykəli götürüb atdıqdan sonra, Leninin ad günü - 22 aprel tarixində onun yerinə Məmməd Əmin Rəsulzadənin büstünü qoymaq qərarına gəldik. Ona görə büstü götürən kimi heykəltəraş Hüseyn bəyi çağırdıq ki, belə bir büstü burada qoymaq mümkündürmü? Bunu bacararsınızmı? Hüseyn bəy məmnuniyyətlə buna razılıq verdi və biz qısa müddət ərzində, yəni 22 aprel tarixində, artıq gördüyünüz bu büstü bura qoyduq.

Naxçıvan Muxtar Respublikasından sonra ilk dəfə biz Azərbaycan bayrağını da məhz bu zavodun idarəsinin qarşısında ucaltdıq. Bayraq plastik şüşədən hazırlanmışdı və ölçüsü təxminən 5x2,5 metr idi. Gecələr onun arxasında işıq yanırdı və çox möhtəşəm görünürdü".

Bütün ömrü boyu milli dava və haqq-ədalətin yanında olan Felmar bəy həyatı, xarakteri və əməlləri ilə əsl ziyalı və insanlıq örnəyi idi. O, böyük öndər Məhəmməd Əmin Rəsulzadənin abidəsini ilk ucaldan şəxs kimi adını əbədi olaraq tarixə yazdı.

Ruhu şad olsun!


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Mart 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri