Icma.az
close
up
RU
Xanəndəlik məktəbində möhtəşəm abidəsini ucaldan sənətkar

Xanəndəlik məktəbində möhtəşəm abidəsini ucaldan sənətkar

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mehriban Əliyeva: "Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir"

Azərbaycan xanəndəlik sənətindən də bir ömür karvanı belə yol alıb getdi. Sözü ilə, avazı ilə, gözəl səsi ilə, özünəməxsus ifası ilə. Yaddaşlarda, musiqi sənəti dünyasında özünün portretini yaradıcılıq yolu ilə yaradan böyük ustad sənətkar. Zaman-zaman yaşanacaq və musiqi dünyamıza zəngin irs bəxş etmiş Arif Babayev. Bu ismin qarşısında zəhmət və istedadın nəticəsi olaraq Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti, professor kimi adlar yazılıb. 87 illik ömrün zəhməti. Arif Babayev uzun illər ərzində milli musiqi sənətimizin inkişafında, muğam məktəbinin qorunub saxlanılmasında və yeni nəsil ifaçıların yetişdirilməsində böyük xidmətlər göstərib.

"Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Arif Babayevin xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".

Bu sözlər Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın Arif Babayevin vəfatı ilə əlaqədar etdiyi paylaşımda yer alıb.

Bəli, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayev dünyasını dəyişdi. Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaradan sənətkar zəngin yaradıcılıq qalereyasına sahibdir. Arif Babayev 1938-ci il mayın 16-da Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə böyük maraq göstərmiş, klassik muğam məktəbinin ənənələrini dərindən mənimsəmişdir. Uşaq yaşlarından musiqiyə böyük maraq göstərmiş, klassik muğam məktəbinin ənənələrini dərindən mənimsəmişdir. Onun istedadı gənc yaşlarından tanınmış və o, Azərbaycanın muğam sənətində özünəməxsus ifa tərzi ilə seçilməyə başlamışdır. 1953–1957-ci illərdə Bakı Musiqi Texnikumunda, daha sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Arif Babayev sənət fəaliyyətinə 1963-cü ildə Azərbaycan Televiziya və Radiosunun solisti kimi başlamış və qısa müddət ərzində böyük populyarlıq qazanmışdır.

SƏS TƏKCƏ SƏNİN YOX, HƏM DƏ XALQIN, TAMAŞAÇININDIR

Onun yaradıcılığında "Şur", "Segah" muğam dəsgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Segah" muğamını Arif Babayev təkrarolunmaz üslubda oxuyub. Xanəndə, həm də təsnif və xalq mahnılarının mahir ifaçısı kimi çox sevilirdi. "Səs Allah vergisidir, o, təkcə sənin yox, həm də xalqın, tamaşaçınındır. Peşəkarlığı məktəbdə öyrənmək olur, amma səs ya var, ya yoxdur. Onu qorumaq, sənətə çevirmək gərəkdir", - deyirdi Arif Babayev.

Yaradıcılıq imkanları nəzərə alınaraq o, Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində yaratdığı obrazlar onun sənətinin parlaq nümunəsinə çevrilmişdi. Uzun illər teatrın solisti kimi fəaliyyət göstərən Arif Babayev yorulmadan çalışaraq saysız tamaşaçı sevgisinə nail olmuşdur. Bu sevgi onun sənət potensialına olan sevgi idi. Ağır təbiətinə idi. Burada çalışdığı müddətdə, qısa bir zaman ərzində teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" və "Əsli və Kərəm" operaları), Aşıq Qərib (Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operası), Camal (Şəfiqə Axundovanın "Gəlin qayası" operası), Şah İsmayıl (Müslüm Maqomayevin "Şah İsmayıl" operası) kimi yaddaqalan obrazları yaradıb.

FÜZULİ ŞEİRİ VƏ ÜZEYİR MUSİQİSİ İLƏ ƏSL SƏNƏT

Yaradıcılığında mühüm yerlərdən birini tutan "Leyli və Məcnun" operasında Arif Babayevin tərəf müqabilləri böyük sənətkarlar Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Yaqut Abdullayeva olmuşdurlar. Hər bir ifaçı ilə böyük bir səhnə yaradaraq Məcnun obrazına öz möhrünü vurmuşdur. Opera və Balet Teatrının səhnəsini ciddi sənət ocağı adlandıran xanəndə Məcnun obrazı ilə böyük şöhrət qazandı. Füzuli şeiri və Üzeyir musiqisi ilə əsl sənət nümayiş etdirdi.

"Əsli və Kərəm"də onun tərəf müqabilləri Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Rəsmiyyə Sadıqova, "Şah İsmayıl"da Gülxar Həsənova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Sahibə Əhmədova olublar.

"Gəlin qayası" və "Aşıq Qərib" operalarında Arif Babayev əsasən Nəzakət Məmmədova ilə oynayıb. Opera aktyoru üçün vacib şərtlərdən biri də odur ki, müğənni solist olmaqla və vəziyyətdən asılı olaraq yaranan psixoloji ovqatları "yaşamaqla" yanaşı, tərəf müqabilini musiqi dialoqlarında həssaslıqla duya bilsin. Bu məharət böyük sənətkara məxsus idi. Yaratdığı rollara yaradıcı şəkildə yanaşan sənətkar həyatını canlandırdığı partiyaların duğularını, həyat hekayələrini özünüküləşdirərək təqdim edirdi. Səsinin tonunda bu hissləri yaşayırdı. Arif Babayevin dediyi kimi, operalarda çox oynamışam: "Üzeyir bəyin əsərləri həmişə cavandır. O yaşayıb və daim yaşayacaq. Bu operalar həm də xanəndəni aktyora çevirir. Səhnədə rol aparmaq ayrı, oxumaq isə başqa olsa da, gərək onları birləşdirməyi bacarasan".

"SƏSİ GƏRƏK QORUYASAN, KÜLƏK, SOYUQ HAVA…"

Səsi ilə milyonların qəlbini riqqətə gətirən, ruhi dünyasına zənginlik bəxş edən Arif Babayev uzun yaradıcılıq yolu ilə musiqi xəzinəmizə orijinal, fərqli səsini əbədi olaraq həkk edib. Səsini xalq üçün, sənət üçün qorudu: "Səsi gərək qoruyasan, külək, soyuq hava ona pis təsir edir. Konsert zamanı soyuq olanda xırıltı yaranır və bu da çətinlik törədir. Ona görə də xanəndəlik çox çətin sənət sayılır. Uzun illərdir mən buna şahidəm, çox çətindir".

Arif Babayev müsahibələrinin birində bildirib ki, sənətkar olmaq üçün doğruluq, saflıq və xalqa xidmət əsasdır. Gözəl səsə malik olmaq, xalqı sevindirmək və onun sevgisini qazanmaq lazımdır. Çünki xalqını sevən sənətkar özü də xalq tərəfindən sevilir və qorunur. Bu onun sənətə olan məhəbbətindən, istedadından və bacarığına tələbkarlığından irəli gəlib. Hər zaman səhnədə ağıryanalığı ilə seçilən müğənni ömrünün son günə qədər bir imicdə tamaşaçı ilə görüşdə, ünsiyyətdə oldu. Səsinin hökmü, çalarları ilə musiqi tariximizdə yeni bir səhifəni açdı.

Azərbaycan milli musiqisinin ən yüksək zirvəsi sayılan xanəndəlik sənətini inkişaf etdirərək daha da irəli aparıb. Muğam sənətində qazandığı yüksək nailiyyətlərlə yanaşı, Arif Babayev uzun illər ərzində pedaqoji fəaliyyətlə də məşğul olmuş, Bülbül adına Orta ixtisas musiqi məktəbində və Azərbaycan Milli Konservatoriyasında çalışaraq, muğam sənətinin yeni nəsil ifaçılarının yetişdirilməsində müstəsna rol oynamışdır. Onun yetirmələri bu gün Azərbaycanın və dünyanın müxtəlif səhnələrində uğurla çıxış edirlər.

XANƏNDƏNİN YARADICILIĞINA VERİLƏN QİYMƏT

Dövlətimiz tərəfindən muğam sənətimizin inkişafındakı xidmətləri görə A.Babayevin yaradıcılığı həmişə yüksək qiymətləndirilib. O, "Şöhrət", "İstiqlal" və "Şərəf" ordeninə layiq görülüb. Ona 2010-cu ildə Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq "Qızıl Çinar" mükafatı təqdim edilib. A.Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub. Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli "Seygah yanğısı", Rüzgar Əfəndiyeva "Vətəndir Arifin səsi" kitablarını Arif Babayevin yaradıcılığına həsr ediblər. Elm və Təhsil Nazirliyi tərəfindən "Arif Babayevin mahnı və təsnifləri" adlı kitab ali və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaiti kimi nəşr edilib. Müxtəlif illərdə Arif Babayevin həyat və yaradıcılığına həsr olunmuş yeddi sənədli film çəkilib.

A.Babayev dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində olub, Azərbaycan muğamını ləyaqətlə xarici ölkə tamaşaçılarına təqdim edib, Amerika, Avropa və Asiyanın bir çox ölkələrində Azərbaycan muğam sənətini musiqisevərlərə tanıdıb. Onun səsi respublikada və xaricdə qrammofon vallarına və kompakt disklərə yazılıb. Onun yetirmələri bu gün muğam sənətinin tanınmış simalarıdır.

Arif Babayev dünyasını dəyişsə də, xanəndəlik sənətində böyük abidəsini ucaltdı və xanəndəlik məktəbindən heç zaman silinməyəcək irsini nəsillərə ərməğan etdi. Allah rəhmət etsin!

Zümrüd BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Avqust 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see255

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see236

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see232

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see228

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see226

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see225

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see218

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see216

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see213

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see201

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see198

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see197

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see197

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see196

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see193

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see191

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see189

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see184

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see177

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri