Icma.az
close
up
RU
Rəsulzadənin dilindən “Yaşa yaşa çox yaşa, ey şanlı Azərbaycan! VİDEO

Rəsulzadənin dilindən “Yaşa yaşa çox yaşa, ey şanlı Azərbaycan! VİDEO

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!"

Bu sətirləri Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 28 may 1953-cü il "Amerikanın Səsi" radiosundan Azərbaycan xalqına müraciətində səsləndirib. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. 

İlk təhsilini "Rus-Müsəlman Məktəbi"ndə, orta təhsilini Bakı Texniki Məktəbində alan Rəsulzadə 1902-1907-ci illərdə Azərbaycanda rus müstəmləkəsinə qarşı gizli mübarizə aparan ilk təşkilat yaradır və ədəbi-siyasi fəaliyyətə başlayır. 1908-ci ildə çar təqibləri üzündən Rəsulzadə vətəni tərk edən M.Ə.Rəsulzadə İrana getməyə məcbur olur. Təbrizdə Səttarxan və onun silahdaşları ilə görüşür, İranda şah rejiminə qarşı inqilabın əsas rəhbərlərindən biri olur. 1911-ci ildə İrandakı təqiblərə görə Rəsulzadə Türkiyəyə mühacirət edir və "Türk Yurdu " adlı jurnalın fəal yazarlarından olur. 

1913-cü ildə vətənə qayıdan Rəsulzadə Azərbaycanın bütün qəzalarında, o cümlədən Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Cənubi Azərbaycan, İran və Türkiyədə Müsavat Partiyasının şöbələrini açır. Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili və eyni zamanda Azərbaycan Milli Şurasının sədri seçilir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilir. Rəsulzadə və şura üzvləri İstiqlal Bəyannaməsini ayaq üstə dinləyirlər. Bütün ölkələrin radiostansiya və qəzetləri Azərbaycanın müstəqilliyi xəbərini dünyaya yayır.

1920-ci il aprelin 28-də isə Rusiyanın Azərbaycana hücumundan sonra Rəsulzadə Lahıcda həbs olunur.  1922-ci ildə Rəsulzadə Peterburqa, oradan isə dostlarının yardımıyla Finlandiyaya gedir. 1947-ci ildə Rəsulzadə Türkiyəyə (Ankaraya) köçür və ömrünün sonuna qədər orada yaşayır. Ankara Universitetinin tibb fakültəsi klinikasında şəkər xəstəliyindən müalicə olunan Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da saat 23:10-da 3 dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan" deyərək gözlərini əbədi yumur.

Bu gün Azərbaycan Müstəqillik Gününü qələbə ilə, işğaldan azad olunmuş torpaqlarda, suverenliyini bərpa etmiş xalq kimi təntənə ilə qeyd edir.

“Cebheinfo.az” Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına müraciətinin səs yazısını təqdim edir.

“Cebheinfo.az”

Açar sözlər: Rəsulzadə Azərbaycan xalq müraciət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 May 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri