Icma.az
close
up
RU
Sağlam yaşa, xoşbəxt yaşa!

Sağlam yaşa, xoşbəxt yaşa!

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bu dəfə mövzumuz rahat yuxu rejimi haqqındadır. Müasir dövrdə insanların əksəriyyəti nəinki yuxu rejiminə, sağlam həyat tərzinə belə uyğunlaşa bilmirlər. Bunun əsas səbəblərindən biri də gec yatmaq, qida rasionuna, idman və sağlamlığımızı qoruyub saxlayan digər vasitələrə sistemli şəkildə əməl etməməkdir. Bu cür insanlara örnək olacaq, onları sağlam və xoşbəxt həyata aparıb çıxara biləcək insanlardan biri də nutrisioloq (qida mütəxəssisi), sağlamlıq və idman üzrə bloger Emil Allahverdiyevdir. 

- Xoş gəlmisiniz, Emil bəy. Əvvəlcə özünüzü oxuculara təqdim edin.

- Moskvada anadan olmuşam. Təxminən, 31 ilə yaxın orada yaşamışam. İxtisasca ingilis dili müəllimiyəm. Bir müddət, yəni 6 il bu peşədə çalışmışam. Sonra başa düşdüm ki, müəllimlik sahəsində yolumu davam etdirmək istəmirəm. Yazı-pozu işləri və s. bunlar heç biri mənim xoşuma gəlmirdi. Qərara gəldim ki, həyatımda yenilik edim. Bir illik rejissorluq kurslarına yazıldım. Orada qeyri-adi kontent və kliplər çəkməyi, reklamlar üzərində işləməyi öyrəndim. Daha sonra, tale elə gətirdi ki, Azərbaycana köçməli oldum. 2022-ci ilin əvvəllərində. Fikirləşdim, nə edə bilərəm ki, cəmiyyətə və özümə faydalı olum. Əmim qızı da blogerdir - Şəms Allahverdiyeva. Onun üçün çəkilişlər etməyə başladım. Düşündüm ki, daha da məşhur olacam. Amma gördüm, bu da mənim diqqətimi çəkmir. Həmin ərəfədə sağlam həyat tərzinə başladım. Siqareti, içkini tərgitdim. İdmanla məşğul oldum. Hələ bu günə kimi də davam edirəm. Araşdıranda məlum oldu ki, Azərbaycanda sağlam həyat tərzi haqqında çəkilişlər edən, elmi məlumatlar verən bloger yoxdur. Bəlkə də olub, mən bilməmişəm. Bu məsuliyyəti öz üzərimə götürdüm. Artıq il yarımdan çoxdur ki, bu işlə məşğul oluram.   

- Bu gün yuxu haqqında danışacağıq. Rahat yuxu rejimini nə cür tənzimləyə bilərik?

- Əslində, bunun bir çox yolları var. Məsələn gecə və gündüz işləyən insanların yuxu rejimləri də fərqlidir. Lakin, ümumi olaraq yetkin insanlarda yuxu rejimi 7-9 saat olmalıdır. Bu da bizim kifayət qədər yatmağımıza və beynimizin dincəlməsinə şərait yaradır. Əsas şərtlərdən biri də, otağın qaranlıq olmasıdır. Nə qədər az işıq olsa, o qədər yaxşıdır. Və nə qədər səs-küydən uzaq olsaq, o qədər dərin və rahat yuxuya gedə bilərik. Bu vəziyyətdə otağın temperaturu 20-23 dərəcə aralığında olmalıdır. Yatmazdan əvvəl otağın pəncərəsini 15-20 dəqiqə açıq qoymaq lazımdır. Sonra, telefonla yatmaq, uzun müddət sosial şəbəkələrdə vaxt keçirtmək və s. yuxu rejimini pozur. Biz özümüz də bilmədən hansısa videolara baxırıq və saatı unuduruq. Buna görə də, saat qurmaq önəmlidir. Bu zaman beyin artıq dincəlmə rejiminə keçir. İsti duş qəbul etməyin də faydaları çoxdur. Çox qaynar yox, nisbətən isti olsa daha yaxşı olar. Yaxşı yatmaq üçün ən əlverişli metodlardan hesab olunur. Əgər bir probleminiz varsa, bunu kiminləsə bölüşmək və ya özünüz həll etmək istəyirsinizsə çalışın bu məsələləri günün birinci yarısına saxlayın. Günün ikinci yarısında isə istirahətinizə vaxt ayırın. Bütün bu sadaladığım şərtlərə əməl etsəniz və kifayət qədər yatsanız bu artıq normal yuxu rejimi sayılır. 

- Yuxunu tənzimləmək üçün hansı qidaları qəbul etməyi məsləhət görürsünüz?

-  Yatmazdan 1 saat əvvəl bir ədəd kivi və albalı (vişnə) yemək insana çox faydalıdır. Bunların tərkibində seretonin maddəsi var. Bu, gecə - qaranlıq zamanı meletoninə çevrilir. Bu halda daha dərin yuxuya getmək mümkündür. Qara və ya yaşıl çay, kofe və s. bunları günorta saat 4-ə qədər qəbul etməyiniz məsləhətdir. Həmin vaxtdan sonra isə bitki mənşəli çaylar və ya su içmək yuxu və sağlamlıq üçün faydalıdır. Günün ikinci yarısında kofein qəbulu dərin yuxu rejiminə mənfi təsir edir. 

- İdman etməyin yuxu rejiminə hansı faydaları var?

- Yatağa girməmişdən, təxminən 3-4 saat əvvəl istənilən idman növü ilə məşğul ola bilərsiniz. Ümumiyyətlə, fiziki hərəkət edən insanlar digərlərinə nisbətən daha rahat yuxuya gedirlər. İdmanın insan bədəninə müsbət təsirləri daha çoxdur. Ölüm riskini azaldır, ürəyin fəaliyyətini genişləndirir. Sağlam həyat tərzi rahat yuxu rejimi üçün əsasdır. Yəni, idman etmək, sağlam qidalanmağımıza fikir vermək, zərərli vərdişlərdən uzaq durmaq və rahat yuxuya getməyimiz üçün bütün qaydalara əməl etmək yuxu rejimimizə daha yaxşı təsir edir. Bunlar hər biri sistemli şəkildə qurulmalı və həyat tərzimizə çevrilməlidir. 

- Ümumiyyətlə, insanın daha sağlam və gümrah olması üçün yuxunun hansı əhəmiyyəti var? 

- Rahat yuxu insanın normal çəkisini qoruyub saxlaya bilməsi üçün vacibdir. Bu zaman orqanizmdə leptin və qrelin hormonlarının düzgün balansı qorunub saxlanır. Az yatanda leptin (aclıq), çox yatanda isə qrelin (toxluq) hormonları çoxalır. Yuxu rejimi pozulduqda, mədədən beyinə siqnal kifayət qədər ötürülmür. Daha çox yemək qəbul etmək istəyirik. Bu da, nəticədə artıq kalori qəbuluna gətirib çıxarır. 8-9 saat yatan insanın qida qəbulu daha az olur. Lakin, 4-5 saat yatan insanın yemək yeməyə bir o qədər də vaxtı olur. Yuxu həm də bədənimizdə çox güclü bərpaedici və müalicəvi funksiya daşıyır. Məsələn, yaralanmısınızsa, yüngül və ya ağır zədə almısınızsa, rahat yuxu bu yaranın sağalmasını daha da tezləşdirir. Və ya soyuqlamısınızsa, həkimlər ilk növbədə rahat yuxu yatmağı məsləhət görürlər. Yuxu həm də qərar vermə bacarığımızı sürətləndirir. Yaxşı yuxu yatan insanın verdiyi qərarlar daha səmərəli olur. Məsələn, təsəvvür edin ki, cibinizdə 100 manat pulunuz var. Pis yatan insan həmin pulu hara və necə gəldi xərcləyəcək, lakin yaxşı yatan insan daha dərindən düşünərək pulu daha vacib olan nələrəsə sərf edəcək. 

- Yuxu haqqında bilmədiyimiz bəzi nüanslar var ki, bu sahə üzrə mütəxəssis bloger kimi daha hansı məlumatlar verə bilərsiniz?

- Yuxu bir neçə mərhələdən ibarətdir. Bunlardan biri “Delta wave” (Delta dalğası adlanır. Yəni, dərin və dayaz yuxular var. Biri də var ki, bu “Rapid eye movement” REM (gözləri tez-tez qırparaq yatmaq) adlanır. Bu mərhələdə biz yuxu görürük. Gecə yatarkən, bu mərhələlərdən bir neçə dəfə keçirik. Bu da bizim saat yarım vaxtımızı aparır. Bu barədə maraqlı bir faktı qeyd edim. Deməli, “Əndəlus köpəyi” filmi var. Abstrakt-sürrealistik mövzuda çəkilib. Dahi rəssam Salvador Dali bu filmin rejissoru olub. O, bu filmə bir neçə rəsm çəkmək üçün bir əlində metal qaşıq tutaraq kresloya söykənir və yuxuya gedərdi. Kreslonun altında isə metal məcməyi olurdu. Hər dəfə yuxuya gedəndə əlləri boşalır, qaşıq düşürdü həmin qabın içərisinə. Səsdən oyanaraq bir neçə saniyə gördüyü yuxuları vərəqdə qeyd edərdi. Və onları tabloya köçürürdü. Onun fikrincə, daha yaxşı sürrealistik əsərlər bu halda yaranırdı. 

- Dəyərli və faydalı məlumatlar üçün çox sağ olun, Emil bəy.

Fidan SALMANOVA
XQ    

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri