Icma.az
close
up
RU
Rəsulzadənin gerçəkləşməyən vəsiyyəti Topçubaşovun dəfnində NƏ DEMİŞDİ?

Rəsulzadənin gerçəkləşməyən vəsiyyəti Topçubaşovun dəfnində NƏ DEMİŞDİ?

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2023-cü ilin dekabrın 30-da Prezident İlham Əliyev "Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzaladı. Bu qərardan sonra, Azərbaycan və Türkiyə başda olmaqla, Rəsulzadənin fəaliyyət göstərdiyi ölkələrdə geniş tədbirlər keçirildi, məzarında bərpa işləri aparıldı. Bununla yanaşı, Rəsulzadə və Cümhuriyyət mövzusunda ziyalıların artan fəallığı, dövlətin bu fəaliyyətlərə dəstək verməsi Rəsulzadənin vəfatının 70-ci ildönümündə mühüm bir məsələni gündəmə gətirdi: Azərbaycanın ilk dövlət başçısının məzarının Bakıya gətirilməsi.

Bu barədə Globalinfo.az-a araşdırmaçı jurnalist Nicat İsmayılbəyli danışıb. O bildirib ki, dövlətin keçən il Rəsulzadəyə göstərdiyi yüksək diqqətdən ilhamlanaraq, bu il onun yeni heykəli hazırlanır və 28 may tarixinə qədər tamamlanacağı gözlənilir.

N.İsmayılbəyli qeyd edir ki, Azərbaycanda siyasi dairələrdə Rəsulzadəyə münasibət son 15 ildə əhəmiyyətli dərəcədə dəyişib:

"Əvvəllər Rəsulzadənin portreti sadəcə müəyyən müxalif qrupların əlində idi, hazırda isə bu portret Azərbaycanın intellektual elitasının simvoluna çevrilib. Bu dəyişikliyin memarları arasında Ramiz Abutalıbov, Şirməmməd Hüseynov və Solmaz Tövhidi Rüstəmova kimi ziyalıların rolu xüsusi vurğulanmalıdır.

Rəsulzadənin məzarının Bakıya gətirilməsi məsələsi artıq sadəcə bir istək deyil, ictimai tələbə çevrilib. Hər il 31 yanvar və 6 mart tarixlərində minlərlə insan Rəsulzadəni anır, lakin Bakıda bunun üçün xüsusi məkan yoxdur. Hazırda Rəsulzadəni anmaq üçün yalnız Novxanıda 1990-cı illərdə ucaldılmış heykəl mövcuddur. Ancaq bu məkan nə coğrafi mövqeyinə, nə də tarixi əhəmiyyətinə görə unikal bir anım yeri deyil.

Niyə Rəsulzadə öz məzarında, Bakıda, Fəxri Xiyabanda anılmasın? Bizə yoxdan bir dövlət, heçdən bir bayraq yaradan adama, bir məzarı çox görə bilmərik. Azərbaycanda bir çox şairin, yazıçının ev muzeyləri olduğu halda, nədən Rəsulzadənin də ev muzeyi olmasın? Bu suallar artıq Azərbaycan ziyalılarının gündəmindədir".

Araşdırmaçı deyib ki, Rəsulzadə heç vaxt şəxsi rifahını ölkə mənfəətləri qədər düşünməyib:

"Varşavada iki od arasında qalanda, Ankarada 6 lirəyə çətin həyat şəraitində yaşadığı zamanlarda belə yalnız Azərbaycanın müstəqillini düşünüb və bu istiqamətdə fəaliyyət gostərib.

Şükür ki, bu gün Rəsulzadənin Azərbaycanla bağlı bir çox arzusu gerçəkləşib. Cümhuriyyətimizə xəyanət edənlər xidmət etdikləri SSRİ rejimi tərəfindən məhv edilib. Azərbaycanda istiqlalçı nəsil yetişib. Bakı əsarət zəncirlərini qırıb. Qarabağ işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü təmin edilib.

Lakin Rəsulzadənin özü üçün arzuladığı və səsləndirdiyi bir vəsiyyət hələ də gerçəkləşdirilməyib. 1934-cü ildə Parisdə Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində dediyi sözlər əslində Rəsulzadənin öz vəsiyyəti idi:

"Çox çəkməz, məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin Vətən torpağına götürər və xatirəni əbədiləşdirər..."

Bu gün Rəsulzadənin xəyal etdiyi məmləkət qurtulub, mütəşəkkir bir millət yaranıb və istiqlal davası ətrafında yeni nəsil yetişib. Amma nə həzindir ki, Rəsulzadənin özü ilə bağlı vəsiyyəti hələ də gerçəkləşməyib.

Türkiyə üçün böyük bir sima olan Ənvər Paşanın məzarı 74 il sonra vətəninə gətirildi. Ümid edilir ki, Rəsulzadənin məzarı Ankara soyuğunda daha 4 il əmanət qalmayacaq.

Bu məsələnin həlli Azərbaycan tarixinin, milli kimliyinin və istiqlal ideallarının təntənəsi olacaq. Rəsulzadənin vəsiyyəti həyata keçirilməlidir ki, o, ruhən Azərbaycanın müstəqilliyi üçün can qoyduğu torpaqlarda əbədi rahatlıq tapsın".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Mart 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri