Icma.az
close
up
RU
Ayı bizə nə demişdi?

Ayı bizə nə demişdi?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sabah”ın ardınca "Qarabağ” da məğlub oldu. Hər iki təmsilçimiz bizi məğlubiyyətlə üzsə də, ümidlərimiz bitməyib. Çünki "Sabah”la "Qarabağ”ın aldığı məğlubiyyətlər minimal hesablıdır. Bu məğlubiyyətlərin əvəzini Bakıda keçiriləcək cavab oyunununda çıxmaq heç də mümkünsüz deyil. Özü də komandalarımız rəqiblərindən açıq-aşkar geridə qalmayıb, meydanda varlığını göstərə bilib. Deməli, yaxşıya ümid etməyə dəyər.

Azərbaycan çempionu "Sabah” debüt etdiyi Çempionlar Liqasında özünü yaxşı tərəfdən göstərməyi bacardı. Uels və Finlandiya çempionunu yolundan kənarlaşdıran "bayquşlar” bununla da ən azından UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib. Sözsüz ki, biz daha yaxşısını arzulayırıq. Elə "Sabah”ın özü də gözünü daha yüksəklərə dikib, "Orhus”u Bakıda üstələyib, Avropa Liqasının əsas mərhələsini təmin etmək və Çempionlar Liqasında möhtəşəm uğura bir addım da yaxınlaşmaq mümkündür.

Amma "Qarabağ”la bağlı məsələ bir qədər fərqlidir. Ötən mövsüm bütün Avropaya səs salan, adından söz etdirən "köhlən atlar” indi bunun "cəzasını” çəkir. Daha aşağı məvaciblə "Qarabağ”da oynayan legionerlər özlərini yaxşı tərəfdən göstərən kimi bir neçə qat artığına transfer təklifləri aldılar ki, onları saxlamaq mümkün olmadı. Söhbət təkcə işin maddi tərəfindən getmir. Müqavilə şərtlərinə əməl etməyə məcbur qalan Koxalskinin hansı vəziyyətdə olduğunu hamımız görürük. "Çərçivə”də dayanan polşalı qolkiperin cismidir, ruhu çox uzaqlardadır. Kamilo Duran və digərlərinin də yolu kəsilsəydi, eyni mənzərəni izləyəcəkdik. Deməli, "Qarabağ” sərfəli təklif alanları satmaqla heç də qəbahətə yol verməyib. Əksinə, büdcəyə bu satışlardan daxil olan pulla yeni transferlər üçün baza formalaşdırıb. İndiki dövrdə futbolun təkcə idman olmadığı, biznesə çevrildiyi hər kəsə məlumdur. Kim futbolçu satışından pul qazanmaqdan imtina edir? Avropanın ən tanınmışları belə zaman-zaman hansısa aparıcı üzvünü satır. 

Qurban Qurbanov və "Qarabağ” rəhbərliyi gedənlərin yerini doldurmaq üçün fəaliyyətdədir. Yeni gələnlər də var. Sadəcə, onların komandaya uyğunlaşması bizim düşündüyümüzdən və arzuladığımızdan da ləng gedir. "ÇSKA Sofiya" ilə matçda zədə almış futbolçusu Zakaria Savonun iki aylığa sıradan çıxması belə məqamda heç yerinə düşmədi. "Dinamo” ilə oyunda da gördük ki, Qurbanov hücumdakı boşluğu doldurmaq üçün müxtəlif üsullar sınadı, müəyyən rotasiyalar özünü doğrultmadı. Çalışdırıcının özünün də dediyi kimi, isti hava şəriatini də unutmayaq. Təkcə futbolçuların deyil, hakimlərin də necə tərlədiyini görəndə oyunun hansı şəraitdə keçdiyini başa düşmək olur. Deyə bilərsiz ki, Kiyev təmsilçisi də eyni şərtlər altında oynayırdı. Bəli, doğrudur. Amma 10-cu dəqiqədə oyunun məntiqi axarına uyğun olmayan qol vuran "Dinamo”nun qalan dəqiqələrdə vəzifəsi fərqli  idi. Daha çox qaçmalı, hücum etməli olan tərəf "Qarabağ” olduğundan isti hava da məhz bizimkiləri çətinə salırdı. Statistika da "Qarabağ”ın üstün oynadığını, sadəcə, qolun çatışmadığını göstərir. O qolu vuran, topu tora qovuşduran tapılmadı ki, tapılmadı.

Ümid edək ki, səfərdə vura bilmədiyimiz qolu Bakıdakı qarşılaşmada vurmağı bacaracağıq. Erkən qol vəziyyəti kökündən dəyişəcək, bu dəfə əziyyət çəkən kiyevlilər olacaq. "Dinamo”nun baş məşqçisi İqor Kostyuk oyundan sonra komandasındakı yeniliklərdən danışarkən belə deyib: "Valeri Lobanovski deyirdi ki, komanda iki ilə qurulur”. Əla sitatdır. Biz "Qarabağ”ın iki aya yenilənməni bitirib, ötən ilki kimi məğlubedilməz komanda olmasını arzulayırıq. Bəzən arzularla reallıq üst-üstə düşmür, reallığı qəbul etməyə məcburuq.

Orta məktəbdən yadımızda qalan bir hekayə vardı. Ayı meşədə iki dostla qarşılaşır. Dostlardan biri ağaca çıxır, dostuna kömək etmir. İkincisi özünü ölülüyə vurur, yerdə uzanır. Ayı onu iylədikdən sonra gedir. Ağaca çıxan oğlan dostundan "ayı sənə nə dedi” soruşur. Cavabı belə olur: "ayı mənə dedi ki, çətin məqamda səni atıb qaçanla dostluq etmə”. İndi "Qarabağ”ın çətin məqamıdır. Bizə isə uşaq vaxtından çətin məqamda sədaqətli olmağın vacibliyini öyrədiblər. Gələn həftə o sədaqətimizi nümayiş etdirək, inanaq ki, təmsilçilərimiz bizi qələbələrlə sevindirəcəklər.

Amal Abuşov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Avqust 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri