Icma.az
close
up
RU
Reuters: “Dünya yeni bir pandemiya ilə üzləşə bilər...”

Reuters: “Dünya yeni bir pandemiya ilə üzləşə bilər...”

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mutasiyaya uğrayan quş qripi bəşəriyyət üçün COVID-19-dan daha böyük təhlükə yaradır...

...Fransadakı Pasteur İnstitutunun Tənəffüs Yoluxucu Xəstəliklər Mərkəzinin direktoru Mari-Ann Ramey-Velti xəbərdarlıq edir ki, dünya COVID-19 pandemiyasını miqyası və şiddəti baxımından üstələyəcək quş qripi pandemiyası ilə üzləşə bilər.

SİA-nın məlumatına görə, bu barədə Reuters yazır.

...Yüksək patogenli H5 virusu artıq yüz milyonlarla quşun kütləvi ölümünə, qida təchizatı zəncirlərinin pozulmasına və qiymətlərin artmasına səbəb olub.

Lakin insanlara yoluxma halları nadir olaraq qalır və yoluxmuş heyvanlarla sıx təmasla əlaqələndirilir.

Əsas təhlükə virusun insandan insana ötürülməsinə imkan verəcək mümkün mutasiyasıdır.

Ramey-Velti bildirib ki, “...biz virusun məməlilərə, xüsusən də insanlara uyğunlaşacağından və insandan insana ötürüləcəyindən və bu virusun pandemiyaya çevriləcəyindən qorxuruq”.

Əsasən həssas qruplara təsir edən koronavirusdan fərqli olaraq, qrip virusları hətta uşaqlar da daxil olmaqla sağlam fərdlərdə belə ağır xəstəliklərə səbəb ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2003-cü ildən 2025-ci ilə qədər Misir, İndoneziya və Vyetnam kimi ölkələrdə quş qripinə təxminən 1000 yoluxma halı qeydə alınıb ki, bunların 48 faizi ölümcül olub. Bu yaxınlarda Vaşinqton ştatında H5N5 virusunun ilk ölümcül insan halı qeydə alınıb.

Buna baxmayaraq, hazırda pandemiya riski aşağı hesab olunur.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının elmi şöbəsinin müdiri Qreqorio Torres qeyd edib ki, “...pandemiya riski mövcuddur, lakin ehtimal azdır. Meşədə təhlükəsiz gəzə, toyuq və yumurta yeyə və həyatdan zövq ala bilərsiniz”. Mütəxəssislər vurğulayırlar ki, dünya COVID-19 pandemiyasından daha yaxşı bu təhlükəyə hazırdır. Peyvənd prototipləri artıq hazırlanıb, antiviral dərman ehtiyatları toplanıb və dərmanların sürətli istehsalı üçün texnologiyalar təkmilləşdirilib.

Nazlı Almuradova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Noyabr 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri