Icma.az
close
up
RU
“Reuters”: Tramp Britaniyanın Çin ilə yaxınlaşmasını “təhlükəli” adlandırıb

“Reuters”: Tramp Britaniyanın Çin ilə yaxınlaşmasını “təhlükəli” adlandırıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmerin Çinə səfəri zamanı Pekin ilə münasibətlərin yenidən qurulmasının iqtisadi faydalarını təriflədiyi bir vaxtda, ABŞ Prezidenti Donald Tramp bu əməkdaşlığın “təhlükəli” olduğunu bildirib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən “Reuters” agentliyinə görə, Qərb liderləri Trampın təzyiqlərindən narahat olduqları bir vaxtda, Starmer Çinə səfər edən sonuncu liderdir.

Cümə axşamı günü Çinin Sədri Si Cinpin ilə üç saatlıq danışıqlarda Britaniya lideri futbol və Şekspiri müzakirə edərkən, habelə bazara çıxışın yaxşılaşdırılması, aşağı tariflər və investisiya müqavilələri ilə iki ölkə arasında daha sıx münasibətlər qurmağa çağırıb. Lakin Vaşinqtonda London və Pekinin daha yaxın əlaqələri ilə bağlı sualları cavablandıran Tramp bildirib: “Bəli, bunu etmək onlar üçün çox təhlükəlidir”. O, Kennedi Mərkəzində “Melaniya” filminin premyerasından əvvəl jurnalistlərə danışarkən həmin təhlükənin nədən ibarət olduğuna aydınlıq gətirməyib.

Aprel ayında Çinə səfər etməyi planlaşdıran Tramp Kanadanın Baş naziri Mark Karninin son səfəri zamanı Pekinlə iqtisadi müqavilələr bağlamasından sonra qonşu ölkəni yüksək tariflər tətbiq etməklə hədələmişdi.

Britaniya Baş nazirinin sözçüsü və Çin Xarici İşlər Nazirliyi Trampın bəyanatını şərh etməyib.

Donald Trampın bəyanat verdiyi dəqiqələrdə Kir Starmer Çin paytaxtında keçirilən Böyük Britaniya-Çin Biznes Forumunun iclasında Si Cinpin ilə çox səmimi görüşlərinin “əsl irəliləyiş” təmin etdiyini bildirib. O, vizasız səyahət və viski tariflərinin aşağı salınması ilə bağlı razılaşmaları həqiqətən vacib başlanğıc, münasibətlərdə tərəqqinin rəmzi kimi qiymətləndirib.

Baş nazir Starmer Şanxayın Maliyyə Mərkəzinə getməzdən əvvəl Çinin avtomobil istehsalçısı “Chery” şirkətinin baş icraçı direktoru Yin Tongyue ilə görüşüb və yeni layihəni elan edib. Bu layihə Liverpul şəhərində kommersiya avtomobilləri bölməsi üçün tədqiqat və inkişaf mərkəzi açmağı planlaşdırır.

Ekspertlər bildirirlər ki, mərkəzçi solçu Leyborist hökumətinin vəd etdiyi iqtisadi artımı təmin etməkdə çətinlik çəkən Starmer dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə münasibətlərin yaxşılaşdırılmasını prioritet olaraq təyin edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri