Tramp “Reuters” jurnalistini “xəstə” və “iyrənc” adlandırıb
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp “Reuters” agentliyinin jurnalistini səhhəti və Kanzas ştatına səfərini ləğv etməsinin səbəbləri ilə maraqlandığı üçün “xəstə” və “iyrənc” adlandırıb.
Yeniavaz.com xəbər verir ki, hadisə prezidentin Cənubi Karolinadan qayıtmasından sonra baş verib.
Jurnalist ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Trampın sıx səfər qrafikinə diqqət çəkərək onun səhhəti ilə maraqlanıb. Prezident özünü yaxşı hiss etdiyini bildirib. Lakin müxbir şənbə günü planlaşdırılan Kanzas səfərinin ləğv edilməsinin səbəbləri barədə suallar verməyə davam edib.
“Reuters” dəhşətli xəbər agentliyidir. Siz xəstə insansınız”, – deyə Tramp suallara cavabında bildirib.
ABŞ lideri jurnalistin fiziki vəziyyətini də tənqid edərək, əslində özünü pis hiss edən şəxsin məhz müxbir olduğunu söyləyib. Tramp səfərdən imtina etməsini respublikaçı senator Rocer Marşalın seçki kampaniyasını uğurla aparması və onun şəxsi dəstəyinə ehtiyac duymaması ilə izah edib.
“Siz artıq iki həftədir ki, məni izləyirsiniz. Özümü əla hiss edirəm. Siz iyrəncsiniz. Özünüzə fikir verin. Dəhşətli görünürsünüz”, – deyə Tramp jurnalistə bildirib.
NYP-nin məlumatına görə, mübahisə jurnalist Ceykob Boceclə baş verib. Hadisədən sonra Ağ Evin komandası “X” sosial şəbəkəsində paylaşım edərək prezidentin reaksiyasına dəstək ifadə edib.
ABŞ administrasiyasının nümayəndəsi NYP-yə bildirib ki, aralıq seçkilərə qədər Tramp seçicilərlə əlaqəni davam etdirmək üçün məsafədən 20-dən çox seçkiqabağı tədbirdə iştirak etməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:Xəstə təfəkkürün efirdə təcəssümü Solovyovun iyrənc qəzəbli obrazı...
12 May 2026 18:26
Mask Böyük Britaniyanın hərəkətlərini “iyrənc” adlandırıb
30 Noyabr 2024 12:51
Tramp ABC müxbirini indiyə qədər ən iyrənc müxbir adlandırıb FOTO
09 Dekabr 2025 14:58
“Reuters”: Tramp Britaniyanın Çin ilə yaxınlaşmasını “təhlükəli” adlandırıb
30 Yanvar 2026 12:21
Tramp: Ən iyrənc ölkələrdən biri Kanadadır
19 Mart 2025 17:55
Baxış sayı:90
Bu xəbər 30 Oktyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















