Rəvan Həsənov: Keyfiyyətli məzmun düzgün informasiya axını formalaşdıra bilər
Icma.az bildirir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Din Xadimlərinin İkinci Forumu çərçivəsində keçirilən "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları" mövzusunda panel müzakirəsində deyib. O bildirib ki, cəmiyyətə təqdim etdiyimiz mənəvi dəyərlər sistemli, ardıcıl və peşəkar şəkildə çatdırılmalıdır:
"Mənəvi dəyərlərin təqdimat formaları dövrün tələblərinə uyğun olmalı, geniş auditoriya üçün əlçatan hala gətirilməlidir. Bu gün hər dövlət ən az müdaxilə, amma maksimum effektivliklə öz ümumi dəyərlərini və tədris materiallarını optimal şəkildə təqdim etməyə çalışır. Bir sıra ölkə sosial şəbəkəyə çıxışı məhdudlaşdırmaq üsulunu seçir. Hərçənd belə bir addım uzunmüddətli və effektiv həll yolu deyil".
Rəvan Həsənov diqqətə çatdırıb ki, bu sahədə əsas məsələ alternativ, sağlam və diqqətçəkən məzmunun yaradılmasıdır:
"Elə informasiya irəli sürülməli, elə proqramlar hazırlanmalıdır ki, cəmiyyət özü həmin məzmunu seçib ona maraq göstərsin. Çünki informasiya axınlarının qarşısını inzibati yollarla almaq getdikcə daha da çətinləşir. Odur ki bizim yanaşmamız qadağalarla yox, maarifləndirmə, keyfiyyətli məzmun və düzgün strategiya zəminində qurulmalıdır".
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Rəvan Həsənov: Azərbaycanın müxtəliflik anlayışı dünyaya nümunədir
05 Noyabr 2025 15:46
Rəvan Həsənov: Azərbaycan dünyaya sülh çağırışları edən dövlətə çevrilib
24 Sentyabr 2025 12:20
“Dini təhsil və kulturalizm gəncləri tolerantlığa hazırlayır” Rəvan Həsənov
22 Oktyabr 2025 12:25
“Azərbaycanın multikulturalizm dərsi 27 ölkədə tədris olunur” Rəvan Həsənov
22 Oktyabr 2025 12:24
Rəvan Həsənov: Ali təhsildə multikulturalizm fənni dini maarifçiliyi dəstəkləyir
24 Dekabr 2025 12:35
Baxış sayı:64
Bu xəbər 24 Dekabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları