Icma.az
close
up
RU
Sosial şəbəkələri bağlamaq uzunmüddətli həll deyil Rəvan Həsənov

Sosial şəbəkələri bağlamaq uzunmüddətli həll deyil Rəvan Həsənov

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rəqəmsallaşmanın cəmiyyət üçün çoxsaylı müsbət tərəfləri olsa da, bu proses eyni zamanda bilgi kirliliyi və informasiya təhlükəsizliyi baxımından yeni çağırışlar yaradır.

Metbuat.az-ın məlumatına görə, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində keçirilən “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” mövzusunda panel müzakirədə səsləndirib.

Onun sözlərinə görə, artıq süni intellekt vasitəsilə uşaqlar müxtəlif mövzularda məlumat əldə edir, lakin bu biliklər çox zaman fərqli platformalardan, nəzarətsiz və ziddiyyətli mənbələrdən toplanır. Bu isə yanlış və təhrif olunmuş informasiyanın yayılmasına şərait yaradır. Rəvan Həsənov qeyd edib ki, hətta açıq mənbələrdə, o cümlədən bəzi ensiklopedik platformalarda ölkənin dəyərlərinə uyğun olmayan məlumatlara rast gəlinir.

İcraçı direktor bildirib ki, bu səbəbdən vahid, etibarlı və dövlət tərəfindən dəstəklənən məlumat bazasının formalaşdırılması zəruridir. Onun sözlərinə görə, dövlət artıq bilginin optimallaşdırılması və düzgün modelin qurulması istiqamətində addımlar atır. Əks halda, sürətlə artan informasiya axınının qarşısını almaq getdikcə daha çətin olacaq.

Rəvan Həsənov vurğulayıb ki, qarşıdakı 10 ildə cəmiyyət tamamilə fərqli informasiya mühitində formalaşacaq və buna görə də indidən informasiya təhlükəsizliyi üzrə davamlı model yaradılmalıdır. O, yaxın illərdə Elm və Təhsil Nazirliyi ilə birgə bu sahədə metodoloji yanaşmaların hazırlanmasının mümkünlüyünü də qeyd edib.

“Ölkəmizdə dini sahədə kifayət qədər təcrübə mövcuddur, lakin əsas ehtiyacımız bu biliklərin vahid və etibarlı mənbədə toplanmasıdır”, – deyə o bildirib.

İcraçı direktor əlavə edib ki, mənəvi dəyərlər cəmiyyətə sistemli, ardıcıl və peşəkar şəkildə, dövrün tələblərinə uyğun təqdim edilməlidir. Onun sözlərinə görə, bəzi ölkələrin sosial şəbəkələrə çıxışı məhdudlaşdırmaq yolu seçməsi uzunmüddətli və effektiv həll hesab edilmir.

Rəvan Həsənov diqqətə çatdırıb ki, əsas çıxış yolu alternativ, sağlam və cəlbedici məzmunun yaradılmasıdır. “Cəmiyyətin özü maraq göstərib seçəcəyi informasiya təqdim olunmalıdır. İnzibati qadağalarla informasiya axınını dayandırmaq mümkün deyil. Bizim yanaşmamız qadağalara yox, maarifləndirməyə, keyfiyyətli məzmuna və düzgün strategiyaya əsaslanmalıdır”, – deyə o fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Dekabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri