Icma.az
close
up
RU
Menu

Paşinyanın Türkiyə səfərindən sonra Zəngəzur dəhlizinin açılması sürətlənəcək? Deputatdan AÇIQLAMA

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

Vəhşi quşlar təbiətə buraxıldı Altıağacdan maraqlı görüntülər

Mərkəzi Bank “Yelo Bank”a icrası məcburi sərəncam verib

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

Tezliklə varlanacaq BÜRCLƏR: Pul çay kimi axacaq

NATO sammiti ərəfəsində hakerlər Niderland hökumətinin saytlarına hücum ediblər

Qışqırmaqla problem həll edilmir Nazir

Simeone Atletiko nun qrupdan çıxmaq şansını dəyərləndirdi

48 yaşı var, 13 universitet bitirib: Dünya rekordu uğrunda mübarizə aparır

ADPU da “Code for Future” layihəsinin cari il üzrə yekun tədbiri keçirilib

Kallas: Aİ xarici işlər nazirləri Yaxın Şərqdə uzun sürən müharibənin qarşısını almağa çağırır

Ruttedən Türkiyə ilə bağlı şok: NATO ölkələri mane olur...

Xəzərin sağlamlaşdırılması üçün lokal deyil, regional səviyyədə əməkdaşlıq vacibdir Ekoloq

Azərbaycanda unun topdansatış qiymətləri AÇIQLANDI

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib MÜSAHİBƏ

KDÇ: İnter Mayami Palmeyras la heç heçə edib

İclasda müdir qışqırdı işçi xəstəxanalıq oldu

Revanşist ritorikanın iflası və tarixi həqiqətlər

Revanşist ritorikanın iflası və tarixi həqiqətlər

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaxud cinayətin qəhrəmanlıq kimi təqdim olunması

Bir neçə aydan sonra İkinci Qarabağ müharibəsinin beşinci ildönümü tamam olacaq. Bu müharibə və 2023-cü ildəki antiterror əməliyyatı Azərbaycan torpaqlarının işğaldan tam azad olunması, dövlət suverenliyinin bərpası, həmçinin erməni separatizminin və faşizminin darmadağın edilməsi ilə başa çatdı.

Ancaq görünən odur ki, faşizm ünsürləri Hayastanda yenidən baş qaldırmaqdadırlar. Xəstə təxəyyülə malik bu qüvvələr hələ də Qarabağın qaytarılacağı düşüncəsi ilə yaşayırlar. Demək olar ki, hər gün bu istiqamətdə şifahi açıqlamalara və yazılı bəyanatlara şahidlik etmək mümkündür. Bu isə hiddət doğurur və Azərbaycanın Ermənistan konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı tələbinin nə qədər haqlı olduğunu bir daha sübuta yetirir.

Bugünlərdə Ermənistanın təbliğat dairələrinin təsiri altında fəaliyyət göstərən “Artsaxın qorunması komitəsi” adlı qondarma təşkilat yenidən “bəyanat diplomatiyası”nı işə salaraq, 1992-ci il mayın 8-9-da Şuşanın işğalını “erməni xalqının müasir tarixinin ən şanlı səhifələrindən biri” kimi təqdim etməyə çalışıb. Bildirilib ki, həmin gün öz əlçatmazlığı və simvolik əhəmiyyəti ilə əfsanəyə çevrilən, “Artsax”ın qəlbi və ruhu olan Şuşa işğal edilib. Təbii ki, komitə öz bəyanatında “işğal” deyil, şəhərin “azad olunması” (?) sözünü işlədib: “Ancaq bu gün, 30 ildən çox vaxt keçəndən sonra biz ağrılı şəkildə qeyd edirik ki, Şuşa daha bizə aid deyil. Biz təkcə bir şəhəri yox, həm də milli ləyaqət, döyüş hazırlığı, qələbə simvolunu itirdik. Şuşanın itirilməsi təkcə kədər deyil, həm də məsuliyyət yaradır”.

Bəyanat daha sonra revanşist fikirlərlə davam etdirilib. Qeyd edilib ki, erməni xalqı “Artsax uğrunda daimi mübarizə aparmağa borcludur”. Əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş, hər tərəfdən sıldırım qayalar və təbii landşaftla mühafizə olunan Şuşa həyasızcasına “Biz bəyan edirik ki, Şuşa ermənilərin olub, var və olacaq. Ədalət bərpa olunana, “Artsax xalqı”nın təhlükəsiz və suveren gələcəyi olana qədər biz susmayacağıq. Bizim mübarizəmiz davam edir”.

Bəyanatda Ermənistanın bütün siyasi qüvvələrindən, dövlət və diaspor strukturlarından öz yanaşmalarına yenidən baxmaları və “Şuşanın və Artsaxın tam qaytarılmasına yönəlmiş milli maraqlara” əsaslanan aydın mövqe tutmaları tələb olunub.

Qeyd etmək lazımdır ki, bu tip “təşkilatlar” Ermənistan və erməni diasporu tərəfindən tez-tez informasiya müharibəsi vasitəsi kimi istifadə olunur. “Artsaxın qorunması komitəsi” kimi qurumlar hüquqi və beynəlxalq legitimliyi olmayan, əsasən təbliğat məqsədi daşıyan strukturlardır. Onların yayımladığı bəyanatlar reallıqdan uzaq, birtərəfli və tarixə saxta yanaşma ilə seçilirlər. Konkret olaraq, bu bəyanatın məzmunu və ritorikası açıq şəkildə revanşist, təxribat xarakterli və beynəlxalq hüquqa zidd bir mövqeyi əks etdirir. “Artsaxın qorunması komitəsi”nin bu cür açıqlamaları, əslində, Ermənistan cəmiyyətində və xüsusilə də diaspor mühitində revanşizmi alovlandırmaq, sülh prosesini pozmaq və ictimai rəyə təsir göstərmək məqsədi daşıyır.

Bəyanatda Şuşanın işğalına “şanlı səhifə” deyilməsi, yəni Azərbaycanın tarixi şəhərinin qanlı hərbi əməliyyatla zəbt olunmasının qəhrəmanlıq kimi təqdim edilməsi beynəlxalq hüququ, xüsusilə də BMT-nin dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına dair prinsiplərini açıq şəkildə inkar etməkdir. Çünki Şuşanın 1992-ci ildə işğalı Azərbaycanın suveren ərazisinin zorla zəbt olunması faktıdır və bu, beynəlxalq hüquq normalarına ziddir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri də işğalı təsdiqləyir və erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bu faktlara baxmayaraq, “Artsaxın qorunması komitəsi” kimi qurumlar bu cinayətləri “müdafiə” adı altında pərdələməyə çalışırlar. Bu, bir daha sübut edir ki, Ermənistanda bəzi dairələr hələ də tarixə və reallığa saxta prizmalardan yanaşır, süquta uğramış işğalçı siyasətin külündən revanşist arzular doğurmağa çalışırlar. Məqsəd erməni cəmiyyətində revanşist əhval-ruhiyyəni diri saxlamaq, beynəlxalq ictimai rəydə çaşqınlıq yaratmaqdır.

Həmçinin qeyd edilir ki, “əlçatmaz və simvolik əhəmiyyət daşıyan” Şuşa 1992-ci ilin mayında, guya, “azad olunub” və bu hadisə “erməni xalqının milli ləyaqətinin, döyüş qabiliyyətinin simvoluna” çevrilib. Əslində isə həmin tarixdə Azərbaycanın qədim şəhəri Şuşa beynəlxalq hüququn pozulması, etnik təmizləmə və hərbi cinayətlərin müşayiəti ilə işğal edilib. 33 il bundan öncə Ermənistan silahlı qüvvələrinin Şuşaya hücumu nəticəsində yüzlərlə dinc sakin qətlə yetirilib, şəhər talan edilib, əhalisi kütləvi şəkildə didərgin salınıb. Belə bir tarixi reallığın fonunda qondarma komitənin “Şuşa azad olunub” ifadəsi, əslində, cinayəti qəhrəmanlıq kimi təqdim etmək cəhdidir. Bu yanaşma təkcə təhrif deyil, həm də yeni qarşıdurmalara zəmin yaratmağa yönəlmiş siyasi təxribatdır.

Şuşa yalnız Azərbaycanın mədəni paytaxtı deyil, eyni zamanda, ərazi bütövlüyünün və dövlət suverenliyinin rəmzidir. Şuşa tarixən azərbaycanlıların məskunlaşdığı, zəngin mədəniyyətin inkişaf etdiyi bir mərkəz olub. XIX əsrdən başlayaraq çar Rusiyası tərəfindən aparılan məskunlaşdırma siyasəti nəticəsində bölgəyə ermənilər köçürülsə də, şəhərin milli kimliyi dəyişməyib.

Komitənin bəyanatında yer alan “Şuşa ermənilərin olub, var və olacaq” ifadəsi, “mübarizə davam edir” çağırışı və Ermənistanın siyasi qüvvələrinə yönəlmiş təzyiq elementləri açıq şəkildə revanşizmə xidmət edir. Eyni zamanda, siyasi qüvvələrə çağırışlar Ermənistanın daxilində və diasporunda yeni hərbi-siyasi strategiyalara keçid üçün zəmin yaratmaq məqsədi güdür. Əslində isə bu tip ritorika Ermənistan cəmiyyətini sülhə deyil, yeni qarşıdurmalara sürükləyir. Halbuki 2020-ci ildə Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi beynəlxalq hüququn və tarixi ədalətin bərpası ilə nəticələndi. Şuşanın azad olunması yalnız bir şəhərin qaytarılması deyil, həm də xalqımızın milli heysiyyatının, tarixi hüququnun və dövlət iradəsinin təntənəsidir.

Qondarma təşkilatın bu bəyanatı Ermənistan cəmiyyətində parçalanmış ictimai fikri yönləndirmək, diaspor və siyasi dairələri ortaq revanşist mövqeyə toplamaq məqsədi güdür. Ermənistan siyasi qüvvələrini və diasporunu “bir mövqeyə” çağırmaq daxili siyasətdə populizmin gücləndirilməsi cəhdi hesab oluna bilər. Bu isə bir dövlətin gələcəyini təhlükə altına qoyan, regionda davamlı sülh və əməkdaşlıq perspektivlərini çətinləşdirən, eyni gərginlik riski yaradan mövqe kimi qiymətləndirilməlidir.

Reallıq ondan ibarətdir ki, bu gün Şuşa azaddır. Azərbaycan dövlətinin suverenliyi bu şəhərdə tam təmin olunub. Tarix yenidən yazılmadı, sadəcə, doğru olan bərpa edildi. İndi Şuşa təkcə Azərbaycan xalqı üçün deyil, bütün region üçün sülh, mədəniyyət və sabitlik simvoludur.

***

Yeri gəlmişkən, 1992-ci ildən 2021-ci ilədək may ayının 9-u Ermənistanda və erməni diasporunda “üçqat bayram” kimi təntənəli şəkildə qeyd edilib. Bunlar 9 May faşizm üzərində Qələbə Günü, Şuşanın işğalının bayram edilməsi və keçmiş “dqr-in müdafiə ordusu”nun yaranması günləri idi. Rəsmi şəxslər, məsələn, xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, təhlükəsizlik şurasının katibi Armen Qriqoryan dünən jurnalistlərə verdikləri açıqlamada bu günü sadəcə, faşizm üzərində Qələbə Günü kimi qeyd etdiklərini bildirsələr də, “Respublika” partiyasının icra orqanının üzvü, parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov sərsəmləyib. Ölkənin hakim “Mülki müqavilə” partiyası nümayəndələrinin İrəvandakı qələbə parkını ziyarət etməsindən təəccübləndiyini bildirən Şarmazanov deyib: “Onlar hər şeyi elə etdilər ki, bu gün biz üçqat bayramı ağrı ilə ürəyimizdə qeyd edirik, çünki bu günün əsas simvollarından biri “Artsaxın müdafiə ordusu”nun yaradılması və “Şuşanın azad edilməsi” idi. Nikol Paşinyan Praqada “Artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıdı. O, tarixə kapitulyant kimi düşəcək”.

Şarmazanov deyib ki, “üçqat bayram” ideyasına sadiq qalmaq, bütün milli qüvvələrin iştirakı ilə düzgün proqram hazırlamaq və vətənin maraqlarının diktə etdiyi addımlar atmaq lazımdır. Bu isə açıq-aşkar revanşizm və müharibə ritorikası, həm Ermənistanın, həm də regionun sabitliyi üçün təhlükəli yanaşmadır.

Beləliklə, bir daha aydın olur ki, qondarma “Artsax” mifindən əl çəkə bilməyənlər təkcə diaspor təşkilatları və ya marginallaşmış ideoloji qruplar deyil. Ermənistanda bir sıra tanınmış siyasi fiqurlar da bu xəttin davamçısı kimi çıxış edirlər. E.Şarmazanovun son bəyanatı bunu bir daha sübut edir. Bu cür açıqlamalar Ermənistan siyasi məkanında revanşist mövqeləri qoruyub saxlayan dairələrin hələ də fəal olduğunu və reallıqla barışmaq istəmədiklərini göstərir. Şarmazanovun çıxışı da məhz reallıqdan uzaq, siyasi populizmə hesablanmış və regionda sabitliyə təhdid yaradan məsuliyyətsiz bəyanat kimi dəyərləndirilməlidir. Əslində isə bu sözlər tarixə təhrifli baxışın və reallığı qəbul etməməyin təzahürüdür. 2020-ci ilin noyabrında Azərbaycan Silahlı Qüvvələri Şuşanı işğaldan azad edib. Şarmazanovun “azad etmə” dediyi əməliyyat isə 1992-ci ildə Azərbaycanın mədəniyyət beşiyinin işğalı, şəhərin talan edilməsi və əhalinin etnik təmizlənməsi idi. Bu, bir daha onu göstərir ki, erməni siyasi elitasının müəyyən dairələri üçün məğlubiyyətin izahı hələ də tapılmayıb. Onlar bu boşluğu təxribatçı çağırışlar və yeni qarşıdurmalara təhriklə doldurmağa çalışırlar. Halbuki doğru yol sülh, əməkdaşlıq və beynəlxalq hüququn tanınmasıdır.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 May 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Türkiyə səfərindən sonra Zəngəzur dəhlizinin açılması sürətlənəcək? Deputatdan AÇIQLAMA

23 İyun 2025 18:53see373

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see126

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see124

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

23 İyun 2025 18:47see124

Vəhşi quşlar təbiətə buraxıldı Altıağacdan maraqlı görüntülər

24 İyun 2025 15:56see122

Mərkəzi Bank “Yelo Bank”a icrası məcburi sərəncam verib

23 İyun 2025 19:02see121

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see121

Tezliklə varlanacaq BÜRCLƏR: Pul çay kimi axacaq

25 İyun 2025 00:06see119

NATO sammiti ərəfəsində hakerlər Niderland hökumətinin saytlarına hücum ediblər

24 İyun 2025 01:00see119

Qışqırmaqla problem həll edilmir Nazir

24 İyun 2025 15:50see118

Simeone Atletiko nun qrupdan çıxmaq şansını dəyərləndirdi

23 İyun 2025 19:15see118

48 yaşı var, 13 universitet bitirib: Dünya rekordu uğrunda mübarizə aparır

23 İyun 2025 19:08see117

ADPU da “Code for Future” layihəsinin cari il üzrə yekun tədbiri keçirilib

24 İyun 2025 16:43see117

Kallas: Aİ xarici işlər nazirləri Yaxın Şərqdə uzun sürən müharibənin qarşısını almağa çağırır

23 İyun 2025 20:31see117

Ruttedən Türkiyə ilə bağlı şok: NATO ölkələri mane olur...

24 İyun 2025 22:18see116

Xəzərin sağlamlaşdırılması üçün lokal deyil, regional səviyyədə əməkdaşlıq vacibdir Ekoloq

23 İyun 2025 19:01see115

Azərbaycanda unun topdansatış qiymətləri AÇIQLANDI

24 İyun 2025 05:32see114

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib MÜSAHİBƏ

23 İyun 2025 19:08see114

KDÇ: İnter Mayami Palmeyras la heç heçə edib

24 İyun 2025 07:24see112

İclasda müdir qışqırdı işçi xəstəxanalıq oldu

24 İyun 2025 15:48see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri