Icma.az
close
up
RU
Menu

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Temu adı ilə dələduzluq

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Yuxuda boşqab görmək nə deməkdir?

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

Revanşist dairələrin son ümidi

Revanşist dairələrin son ümidi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məğlub düşərgə miflərlə yaşayan diaspora bel bağlayır

Dünya erməniliyi hazırda ciddi parçalanma mərhələsini yaşayır və tərəddüd içindədir. Son ayların diqqəti cəlb edən cəhətlərindən biri ondan ibarətdir ki, Ermənistanda etiraz aksiyaları getdikcə öləziyir, ölkə hüdudlarından kənarda isə əksinə, daha da fəallaşır.

Məsələn, bir neçə gün öncə Soçidə Erməni Apostol Kilsəsinə dəstək məqsədilə “Biz Eçmiədzinlə birlikdəyik!” adlı kütləvi aksiya keçirilib. Erməni KİV-lərinin məlumatına görə, Adlerdə yerləşən “Surb Sarkis” erməni kilsəsinin önünə 1500-dən çox adam toplaşaraq “Parçalanmaya yox!”, “Kilsənin birliyi – xalqın birliyidir!”, “Kilsə və xalq birdir!”, “Bizim katolikosumuz II Qaregindir!” kimi şüarlar səsləndirib. Aksiyaya “Nuhun varisləri”, “Xaç yürüşü azadlıq hərəkatı” və “Kuban Erməniləri İttifaqı” kimi ictimai hərəkatlar da qoşulub. Daha əvvəl Avropa və ABŞ-da fəaliyyət göstərən müxtəlif erməni təşkilatları tərəfindən də oxşar aksiyalar keçirilmişdi. Bu aksiyalar bir daha göstərir ki, erməni diasporu kilsə məsələsində daha sərt və kompromissiz mövqe tutur. Xaricdə formalaşan bu ictimai fəallıq, əslində, Ermənistan daxilində zəifləyən etiraz dalğasını kompensasiya etmək cəhdi kimi də qiymətləndirilə bilər. Diqqətçəkən məqam ondan ibarətdir ki, diaspor strukturları kilsəni təkcə dini institut deyil, həm də siyasi təsir aləti kimi təqdim etməyə çalışırlar. Bu yanaşma kilsə-dövlət münasibətlərinin daha da siyasiləşdirilməsinə və cəmiyyətdə yeni gərginlik ocaqlarının yaranmasına yol aça bilər. Kənardan idarə olunan bu aksiyalar Ermənistanın daxili sabitliyinə xidmət etmir və parçalanmanı daha da dərinləşdirir.

Beləliklə, biz hazırda Ermənistanda yaşayan ermənilərlə digər dövlətlərin vətəndaşı olan ermənilər arasında açıq parçalanmanın formalaşırdığı bir mərhələyə gəlib çatmışıq. Görünən odur ki, xaricdə yaşayan ermənilər Ermənistan vətəndaşları ilə müqayisədə illüziyalardan ayrılmaqda daha çox çətinlik çəkirlər. Əslində, burada paradoksal heç nə yoxdur. Çünki onların böyük hissəsi Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranmış qarşıdurma dövründə Ermənistanın yaşadığı bütün çətinlikləri, regional təcrid vəziyyətində olan bir ölkədəki sosial-iqtisadi tənəzzülü öz üzərlərində hiss etməyiblər. Məhz bu səbəbdən diaspor mühitində formalaşan təsəvvürlər reallıqdan daha çox miflər və keçmişin romantik obrazları üzərində qurulub. Ermənistan daxilində gündəlik həyatın ağırlığını yaşayan cəmiyyət isə bu illüziyaların bədəlini çoxdan ödəyib. Xaricdəki erməni dairələri üçün ideoloji şüarlar hələ də cəlbedici səslənsə də, İrəvanda artıq praqmatik yanaşma üstünlük qazanmağa başlayıb. Bu fərqli baxış bucaqları “erməni dünyasında” vahid mövqenin formalaşmasını mümkünsüz edir. Nəticədə isə daxili və xarici ermənilik arasında dərinləşən fikir ayrılığı siyasi proseslərə də birbaşa təsir göstərir.

Bununla belə Ermənistanın özündə də Azərbaycanla qarşıdurmanın davam etməsini, “miatsum” ideyalarına qayıdışı arzulayan qüvvələrin mövcudluğunu inkar etmək olmaz. VOMA və “Yerkrapa” kimi hərbiləşdirilmiş strukturlar məhz bu düşüncələrin yuvasına çevrilib. Onlar hətta, daha irəli gedərək gələcək diversant və terrorçuların hazırlandığı baza rolunu oynayır. Bu təşkilatların fəaliyyəti cəmiyyətin radikal ruhda saxlanılmasına və revanşist ovqatın diri tutulmasına xidmət edir. Formal olaraq “vətənpərvərlik” adı altında təqdim olunan bu fəaliyyət əslində regionda sülh perspektivlərini hədəfə alan təhlükəli bir kursdur. Gənclərin ideoloji zəhərlənməsindən tutmuş yarımhərbi hazırlıqlara qədər uzanan bu proseslər dövlət nəzarətindən kənarda qalmaqla ciddi risklər yaradır. Xüsusilə müharibədən sonrakı reallıqları qəbul etməyən bu çevrələr cəmiyyətdə nifrət dili və düşmən obrazını yenidən istehsal etməyə çalışırlar. Bu isə Ermənistanın beynəlxalq öhdəlikləri və sülh gündəliyi ilə açıq ziddiyyət təşkil edir. Faktiki olaraq, VOMA və “Yerkrapa” kimi strukturlar Ermənistanı keçmişin dalanına sürükləyən destruktiv mərkəzlərə çevrilib. Erməni cəmiyyətinin ayıq düşüncəli hissəsi millətçi paradiqmanın yenidən nəzərdən keçirilməsini və baş nazir Nikol Paşinyanın irəli sürdüyü “real Ermənistan” ideyasını dəstəklədiyi halda, VOMA və ona bənzər düşərgələrdə Azərbaycana və azərbaycanlılara qarşı nifrətin yeni mərhələsinin səssiz-səmirsiz bəslənməsi prosesi gedir. Yalnız ümid qalır ki, Ermənistan hakimiyyəti bu təşkilatları diqqətlə izləyir və Bakı ilə İrəvan arasında sülh möhkəmləndikcə, onlar da tarixin zibilliyinə göndəriləcəklər. Hakimiyyətin bu qüvvələrə münasibəti yaxın dövrdə Ermənistanın hansı yolu seçəcəyini də aydın şəkildə göstərəcək.

Bu arada II Qareginin başçılıq etdiyi din xadimlərinə dəstək aksiyaları Ermənistanda getdikcə yeni çalarlar qazanr. Məsələn, yanvarın 25-də N.Paşinyan Talin şəhərində liturgiyada iştirak etmək üçün kilsəyə yaxınlaşarkən, şəhər sakinlərindən biri məşhur Azərbaycan ara mahnısı – “Nooldu Paşinyan”ı səsləndirib. Bu təxribatın təşkilatçıları hesab edirdilər ki, belə bir addım güclü ictimai rezonans doğuracaq və kütlə baş nazirin siyasətinin guya, “xəyanətkar mahiyyətini” qəfildən dərk edəcək. Lakin bu ümidlər puça çıxdı. Hadisə cəmiyyətdə gözlənilən effekti yaratmadı və daha çox ucuz təxribat kimi qəbul olundu. Sosial şəbəkələrdə bu epizodun geniş yayılmasına baxmayaraq, kütləvi dəstək dalğası formalaşmadı. Əksinə, bir çoxları bunu dini mərasimdən siyasi məqsədlər üçün istifadə cəhdi kimi dəyərləndirdi. Görünən odur ki, bu cür simvolik jestlər artıq ictimai şüuru səfərbər etmək gücünü itirib. Ermənistan cəmiyyəti emosional manipulyasiyalardan daha çox real gündəmin cavablarını gözləyir.

Müharibə və onunla bağlı hər şey artıq geridə qalıb. Doğrudur, Paşinyanın reytinqi çox da yüksək deyil, amma digər siyasətçilərin, o cümlədən Qarabağ klanının “qlavar”larının və partiyaların reytinqi ondan da aşağıdır. Üstəlik, Paşinyan tədricən güclü piar kampaniyasına start verib. Bu kampaniya ilk növbədə cəmiyyətə sülh və sabitlik mesajları ötürməyə hesablanıb. Paşinyan özünü emosional, xalqdan biri obrazında təqdim etməklə siyasi potensial təlatümləri neytrallaşdırmağa çalışır. Sosial şəbəkələrdə fəallığın artırılması da təsadüfi deyil və gənc elektoratın diqqətini saxlamağa yönəlib. Eyni zamanda bu vizual və simvolik elementlər daxili auditoriya ilə yanaşı, xarici tərəfdaşlara da ünvanlanmış mesajlar ehtiva edir. Hakimiyyət sülh gündəliyini öz siyasi mövcudluğunun əsas dayaqlarından birinə çevirməyə cəhd göstərir. Alternativ siyasi qüvvələrin zəifliyi fonunda Paşinyan üçün əsas risk küçə siyasətinin yenidən aktivləşməsi ola bilər. Lakin mövcud sosial dinamika göstərir ki, cəmiyyət kütləvi qarşıdurmalara hazır deyil. Bu isə baş nazirə manevr imkanlarını qorumaq üçün müəyyən zaman qazandırır.

Yeri gəlmişkən, onu da bildirək ki, bu kampaniyanın qeyri-rəsmi simvolu ürək işarəsidir. Paşinyan musiqi dinlədiyi çoxsaylı videoların sonunda əlləri ilə məhz bu işarəni göstərir. Maraqlıdır ki, o, təkcə musiqi dinləməklə kifayətlənmir, həm də musiqi ifa edir – qrup tərkibində zərb alətlərində çalır. Bu da piar strategiyasının bir hissəsidir və baş nazirin təkcə oyun qaydalarını qəbul etmədiyini, həm də onları formalaşdırdığını göstərən mesaj kimi təqdim olunur. Bunun reallığı nə dərəcədə əks etdirməsi ayrıca araşdırma mövzusudur. Lakin faktdır ki, hazırkı hökumət başçısı və onun komandası Ermənistanın suverenliyinin möhkəmləndirilməsinə, böyük güclərin diktəsindən xilas olmağa və nəticə etibarilə öz gündəmini formalaşdırmaq imkanlarının genişlənməsinə çalışır. 

Ermənistanın taleyi iyunun 7-də keçiriləcək parlament seçkilərində həll olunacaq. Erməni diasporunun bu prosesə təsiri birmənalı olaraq destruktiv olacaq, lakin qanun çərçivəsində onların imkanları olduqca məhduddur. Əgər xarici oyunçular seçkilər ərəfəsində vəziyyəti güc yolu ilə dəyişmək istəsələr, bu artıq tamamilə başqa bir tarixdir və hazıkı baş nazir belə bir ssenariyə qarşı hərtərəfli hazır olmalıdır.

Səxavət HƏMİD   
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see343

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see297

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see234

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see219

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see194

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see168

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see167

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see158

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see156

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see155

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see154

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see153

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see153

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see152

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see152

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see152

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see151

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see149

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see146

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

20 May 2026 11:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri