Icma.az
close
up
RU
“Revanşistlər sülhə mane olmaq üçün bütün vasitələrdən istifadə edəcəklər”

“Revanşistlər sülhə mane olmaq üçün bütün vasitələrdən istifadə edəcəklər”

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əli Zülfüqaroğlu: “Bu Ermənistan dövlətçiliyi üçün yalnız fəlakət vəd edir”

“İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisində deyil, Azərbaycanın öz ərazisindədir və Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda strateji mövqelərini möhkəmləndirib və heç bir halda geri çəkilməyəcək. Yəni, bu, danışıqlar prosesində müzakirə mövzusu ola bilməz. Azərbaycanın prinsipial mövqeyi bundan ibarətdir. Digər tərəfdən, təbii ki, sülh sazişinin irəliləməsi və ya pozitiv meyllərin müşahidə olunması daşnakların, eyni zamanda onların fikir ataları olan kilsə və lobbinin maraqlarına qətiyyən uyğun gəlmir. Çünki bunlar illər boyu uydurduqları yalana özləri də inanaraq və bu istiqamətdə planlar quraraq, Azərbaycan torpaqlarının 30 il ərzində işğalda saxlanılmasına nail oldular. “Böyük Ermənistan” ideologiyası məhz kilsə və lobbinin dəstəyi ilə Ermənistanın dövlət siyasətinə çevrildi”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Xatırladaq ki, Erməni İnqilabi Federasiyası - Daşnaksutyun Partiyası Paşinyan hakimiyyətinin Azərbaycanla imzalamaq istədiyi sülh sazişinə qarşı çıxıb. Partiya bəyanatında qeyd edir ki, Azərbaycanla müzakirə edilən sazişdə Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməsi və Azərbaycan silahlı qüvvələrinin “Ermənistan ərazilərindən” çıxarılması məsələsi əhatə olunmur. Bundan əlavə, daşnaklar sülh sazişinin “Artsax” məsələsi ilə bağlı ermənilərin gözləntilərinə cavab vermədiyini bildirirlər. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdiyi Hayastan Bloku və Respublikaçılar Partiyası da bu mövqeyə dəstək verərək, Paşinyanın imzalayacağı sazişin Ermənistanın maraqlarına zidd olduğunu vurğulayıblar.

Siyasi şərhçi bildirib ki, erməni lobbisinin Birləşmiş Ştatlarda, xüsusilə Amerika Erməniləri Milli Komitəsi (ANCA) tərəfindən həyata keçirdiyi fəaliyyət nəticəsində irəvanın bir sıra beynəlxalq dəstək əldə etdiyi məlumdur.

“Amerika Erməniləri Milli Komitəsi erməni lobbisinin ən güclü təşkilatıdır və bu təşkilat həmçinin dünyanın müxtəlif ölkələrində də fəaliyyət göstərən erməni lobbi təşkilatları üçün tezis mərkəzi rolunu oynayır. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün, Ermənistan əvvəlcə Azərbaycanın şərtlərinə əməl etməlidir. Bu şərtlərdən biri də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmasıdır. Bu, Ermənistan siyasətini indiyə qədər formalaşdıran kilsə və lobbiyə verilmiş müstəsna hüquqlarının tamamilə aradan qaldırılması deməkdir. Yəni, erməni kilsəsi və lobbisi Ermənistan dövlətçiliyində və siyasi hakimiyyətin formalaşmasında mühüm rolu olan güclər olaraq bu hüquqdan məhrum ediləcək. Təbii ki, kilsə və lobbi bununla heç bir zaman barışmayacaq. Bu isə onu deməyə əsas verir ki, əllərində kifayət qədər maliyyə gücü və beynəlxalq əlaqələrə sahib olan erməni lobbisi, həmçinin kilsə və onlara bağlı olan törəmə təşkilatlar, eyni zamanda bu ideologiya ətrafında birləşən revanşist qüvvələr, Koçaryan və Sərkisyan kimi siyasətçilər sülhə mane olmaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəklər. Təbii ki, daxildə Ermənistan hökumətinə qarşı təzyiqlər formalaşması qaçılmazdır. Amma Ermənistan cəmiyyətində revanşistlərlə bağlı fikirlər birmənalı deyil”.

Siyasi şərhçi əlavə edib ki, Vətən müharibəsindən sonra keçirilən seçkilərdə kapitulyasiyaya imza atan Paşinyanın yenidən qələbə qazanması, erməni cəmiyyətində revanşistlərə qarşı münasibətin birmənalı olmamasını təsdiq edir: “Bu isə onu deməyə əsas verir ki, revanşistlər və onların dəstəkçiləri olan kilsə və lobbinin Paşinyana qarşı apardıqları anti-təbliğat cəhdlərinin uğur qazanması çox çətindir. Ermənistan cəmiyyətindəki bu fikir ayrılığı və parçalanma revanşistlərin və onların dəstəkçilərinin Paşinyana qalib gəlməsi çətin görünür. Həmçinin, Azərbaycanın geosiyasi mövqeyinin güclənməsi və zamanın Azərbaycanın xeyrinə işləməsi də proseslərə təsir edəcək. Azərbaycanın hərbi və diplomatik mövqeləri güclənir. Ona görə də, revanşistlərin sülh sazişinə qarşı çıxması Ermənistan dövlətçiliyi üçün yalnız fəlakət vəd edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 Aprel 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see248

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see201

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see169

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see161

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see139

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see134

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see130

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see129

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see129

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see127

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see126

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see124

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see124

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see123

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see119

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see119

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri