Reyncers”dən Fənərbağça oyunu ilə bağlı azarkeşlərə xəbərdarlıq: Ölkənin adət və ənənələrinə hörmətlə yanaşın
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
Şotlandiyanın “Reyncers” komandası UEFA Avropa Liqası çərşivəsində “Fənərbağça” ilə oynayacaqları ilk oyunla bağlı azarkeşlərə xəbərdarlıq edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub ilk matçını izləmək üçün İstanbula səfər edəcək azarkeşlərinə tövsiyələr verib.
Oyunun müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayına təsadüf etdiyi xatırladan klub azarkeşlərini tədbirli olmağa çağırıb: “Bu vəziyyət bizim azarkeşlərimizin yaşamına təsir etmir, lakin, lütfən, Türkiyənin adət və ənənələrinə hörmətlə yanaşın. Gündüz saatlarında ictimai yerlərdə yemək, içmək, siqaret çəkmək və saqqız çeynəməkdən çəkinin. Barlar və restoranlar açıq olacaq. Ancaq İctimai yerlərdə yüksək səsli musiqi dinləməkdən, rəqs etməkdən və söyüş söyməkdən çəkinin”.
Klub rəhbərliyi azarkeşlərdən əsasən Sultanahmet, Taksim və Beyoğlunda vaxt keçirmələri də istənilib.
Bundan əlavə, azarkeşlərə stadionun giriş-çıxışı, nəqliyyat, təhlükəsizlik prosedurları və sair vacib məsələlər haqqında bilgi verilib.
Xatırladaq ki, ilk oyun martın 6-da İstanbulda, cavab oyunu martın 13-də Şotlandiyada keçiriləcək.
Fərid ASLAN
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 28 Fevral 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















