Icma.az
close
up
RU
Səhər saat 6 da reysə çıxan sürücü necə tibbi müayinədən keçməlidir? MİLLİ MƏCLİS ÖZ YANLIŞINI NİYƏ DÜZƏLTMİR?

Səhər saat 6 da reysə çıxan sürücü necə tibbi müayinədən keçməlidir? MİLLİ MƏCLİS ÖZ YANLIŞINI NİYƏ DÜZƏLTMİR?

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Özəl sektorun işçilərinin (sərnişin və yük daşımalarını həyata keçirən fiziki və hüquqi şəxslərinin sürücülərinin) hüquqları qəbul edilmiş və qüvvəyə minmiş qanunlardakı bəzi yanlış normalar nəticəsində hər gün pozulur. Bu yanlış maddələrdən biri də İnzibati xətalar məcəlləsinin 326-cı maddəsidir. Belə ki, maddənin dispozisiyası yanlış formada yazılıb və yanlış formada da qüvvəyə minib. Nəticədə sərnişin və yük daşıyan 100 minlərlə sürücünün hüquqları pozulmuş vəziyyətdədir”.

Bunu Gununsesi.info-ya açıqlamasında hüquqşünas Rahim Axundov deyib.

Hüquqşünasın sözlərinə görə, hökumət qurumlarına bu məsələ ilə bağlı sorğular versə də ancaq bu suallara cavab ala bilmir.

“Bu məcəllə 2015-ci ildə Milli Məclisdə qəbul edilib. 2024-cü ildə də bu 326-cı maddəyə Milli Məclisdə dəyişiklik edilib. Lakin nə 2015-ci ildə, nə də 2024-cü ildə Milli Məclis bu yanlışlığı görməyib və ya düzəliş etməyib. Yekunda əziyyət çəkən biz özəl sektorun işçiləri oluruq.Yanlış dispozisiyası olan maddəyə əməl edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə sanksiyasına məruz qalır. Bu yanlışlığı görmək üçün gəlin, sözügedən 326-cı maddəsinin dispozisiyasını nəzərdən keçirək: “Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə -” Bu cümlədə “və digər” sözünə qədər bir və ya bir neçə tibbi müayinə sadalanmalı idi ki, ondan sonra “və digər tibbi müayinə” tələbi qoyula bilərdi.” Digər tibbi müayinə nə deməkdir? Bu sözlə qanunverici nəyi nəzərdə tutub, anma düzgün ifadə edə bilməyib? “Və” bağlayıcısının o formada maddədə işlənməsinin heç bir qrammatik,üslubi əsası yoxdur.Qanun layihəsini Mlli Məclisdə qəbul edəndə cümlələri özləri də bir oxumalı idilər. Qanunda hər sözün,hətta “və” bağlayıcısının hüquqi çəkisi var.Biz nəyə görə dispozisiyası yanlış yazılmış maddənin yaratdığı çətinlikləri qəhrəman kimi dəf etməliyik? Çünki bu maddədə “və digər tibbi müayinə” mülahizəsinə görə maddəni tətbiq edən qurumun əməkdaşı sürücüdən “n” sayda tibbi müayinə də tələb edə bilər. Digər tərəfdən yazıq sürücülərdən hər gün tibbi müayinə tələb etmək digər sürücülərlə müqayisədə onların hüquqlarının pozulması deməkdir. Səhər saat 6-da reysə çıxan sürücü tibbi müayinə haradan keçməlidir və nə vaxt keçməlidir? Bu da maddənin yatardığı bürokratik və inzibati maneədir. Ona görə də xahiş edirəm ki, Milli Məclis bu yanlışlığı təcili şəkildə aradan qaldırmalı və buna qədər isə maddənin tətbiqinə moratorium qoyulmalı və maddədə yük maşını sürücülərinin hüquqlarına münasibətdə yaradılan inzibati və bürokratik maneə aradan qaldırılmalıdır. Hörmətlə Rahim Axundo

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Sentyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see143

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see121

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri