RF Dövlət Duması Bakıda keçirilən COP29un yüksək səviyyədə təşkilini qeyd edib AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Moskva, 3 dekabr, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Dövlət Dumasının sədr müavini, Azərbaycan parlamenti ilə əlaqələr üzrə deputat qrupunun kuratoru Aleksey Qordeyevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı müttəfiqlik fəaliyyəti səviyyəsində ikitərəfli münasibətlərə, o cümlədən Azərbaycan-Rusiya parlamentlərarası təmasların aktivləşdirilməsinə dair aktual məsələlərə toxunulub.
Tərəflər Bakıda uğurla başa çatmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) xüsusi diqqət yetiriblər. Bu kontekstdə Rusiya tərəfi tədbirin yüksək səviyyədə təşkilini qeyd edib və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Görüşdə hər iki tərəfin parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, onun praktiki məzmunla doldurulması istiqamətində birgə işi davam etdirmək niyyəti təsdiqlənib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 03 Dekabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















