RF Dövlət Duması xarici vətəndaşların tibbi müayinəsi haqqında təşəbbüslər irəli sürəcək
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Moskva, 6 fevral, AZƏRTAC
Rusiya Federasiyasının Dövlət Duması Rusiyaya gələn xarici vətəndaşlar üçün tibbi müayinənin tətbiqinə yönəlmiş qanunvericilik təşəbbüsləri hazırlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə RF Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün “Telegram” kanalında məlumat verib.
Spiker miqrasiya siyasətinin təkmilləşdirilməsinin zəruriliyini qeyd edib. Onun sözlərinə görə, deputatlar hökumətdən əmək miqrasiyasının tənzimlənməsi və əmək miqrantlarının ailələrinin ölkəyə girişi ilə bağlı təkliflər gözləyirlər.
Parlamentin spikeri vurğulayıb ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Rusiyada təxminən 670 min qeyri-qanuni miqrant yaşayır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 06 Fevral 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















