Icma.az
close
up
RU
“Rheinmetall” şirkəti Latviyada yeni silah zavodu tikəcək

“Rheinmetall” şirkəti Latviyada yeni silah zavodu tikəcək

Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Rheinmetall” şirkəti Latviyada yeni silah zavodu tikəcək

Almaniyanın “Rheinmetall” müdafiə şirkəti Latviyanın “Valsts aizsardzības korporācija” (Milli Müdafiə Korporasiyası,VAK) ilə Latviyada silah-sursat zavodunun tikintisinə dair müqavilə imzalayıb. Bu barədə Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir.

Şirkətin nümayəndələri sənədləri cümə axşamı, sentyabrın 25-də Hamburqda Latviyanın baş naziri Evika Silinanın iştirakı ilə imzalayıblar.

Fabrikin tikintisinə 2026-cı ilin yazında, bir ildən sonra istehsalına başlanacağı gözlənilir. Layihə 275 milyon avro investisiya cəlb edəcək və təxminən 150 iş yerinin yaradılması gözlənilir. Zavod ildə on minlərlə NATO ölkələrinin istifadə etdiyi 155 mm-lik artilleriya mərmisi istehsal etmək gücündə olacaq.

“Rheinmetall Waffe Munition GmbH” zavodda 51%, Latviya Milli Müdafiə Korporasiyası isə 49% pay alacaq. VAK xəbər verir ki, Latviya üçün zavod müdafiə qabiliyyətini gücləndirməklə özünün artilleriya mərmi istehsalı xəttinə çevriləcək.

Latviyanın “LSM” nəşri yazır ki, “Rheinmetall” Litvada Latviya zavoduna oxşar zavod tikir. Şirkət bu məqsədlə 180 milyon avro ayırıb. Tikintiyə 2025-ci ilin sonunda başlanacağı gözlənilir. Ölkə əhəmiyyətli müəssisə kimi hər il “on minlərlə” artilleriya mərmisi istehsal edəcək.

“Rheinmetall”-ın baş direktoru Armin Papperger DW-yə müsahibəsində qeyd edib ki, alman şirkəti Kiyevlə də müştərək müəssisələr yaradır, lakin bunu Ukraynada etmək Almaniyadakından bir qədər çətindir. Belə birgə müəssisələrdən biri artıq fəaliyyətdədir, lakin digərinin tikintisi bürokratik gecikmələrlə üzləşib. Bundan başqa, şirkət rəhbərliyi Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatdıqdan sonra belə zavodun tələbatda qalmasını təmin etmək istəyir.

Ukraynada müharibə başlayandan bəri “Rheinmetall”-ın səhmləri on dəfə artıb.

Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:298
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri