Icma.az
close
up
RU
Riad Rəfiyev sınaq müddəti

Riad Rəfiyev sınaq müddəti

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

AFFA İntizam Komitəsi “Sumqayıt”a cəza yağdırıb. “Sumqayıt”ın serbiyalı çalışdırıcısı Saşa İliç və klubun prezidenti Riad Rəfiyev Yevlaxda “Kəpəz”lə keçirilən oyundan sonrakı davranışına görə cəzalanıb. İliç final fitindən sonra hakimlərə etiraz etdiyi üçün növbəti iki oyunda texniki zonada yer almayacaq. Üstəlik AFFA-ya beş min manat cərimə ödəmək lazım gələcək.
“Gənclik şəhəri”nin təmsilçisi canını bununla da qurtarmayacaq. Daha beş min manat Riad Rəfiyevə görə ödənilməlidi. Gənc və perspektivli prezident serbiyalı İliçdən heç də geri qalan deyil. O da hakimlərdən narazılığını qaydalardan kənar formada bildirib, onların otağına gedib. Bu davranışı ona beş min manata başa gələcək. Eyni zamanda Rəfiyev ikisi şərti olmaqla beş oyunluq cəza alıb. Onun üçün sınaq müddəti də təyin ediblər. Növbəti 6 ayda AFFA Riad bəyin davranışını izləyəcək ki, oxşar səhvi təkrarlamasın. Təkrarlasa, onda həmin o iki oyunluq cəza da avtomatik qüvvəyə minəcək.
Heç şübhə etmirəm ki, Riad bəy hakimlərin otağına daxil olmağın cəzasız qalmayacağını bilirdi. Necə deyərlər, şüurlu surətdə qaydaları pozub və cəzalanacağını bilə-bilə, hakimlərin otağına gedib. Bir növ adam kamikadzelik edib. Bəli, ola bilsin, 10 min manat “Sumqayıt” üçün böyük məbləğ deyil. Olmasın 10 min manat, ödəyəcəklər ki, AFFA-ya borclu qalmasınlar. Lap elə həmin cəza müddəti də gəlib keçəcək. Guya Riad Rəfiyevin stadionda olması “Sumqayıt”ın futbolçularına hansısa təsir göstərir? Adam yer aldığı VİP tribunalardan öz varlığını göstərib, futbolçulara müsbət enerjisini ötürür?! Təbii ki, yox. “Sumqayıt”ın futbolçularının bəlli bir gücü var. Onlar da həmin gücün imkan verdiyi qədər futbol oynayırlar.
Amma necə deyərlər, bəzi şeylər var ki, onları nə pulla, nə də zamanla həll edə bilmirsən. Atalarımızın bir sözü var. Deyirlər ki, sağalar qılınc yarası, amma sağalmaz söz yarası. İndi Rəfiyevin hakimlərin otağına gedib, orda onlara etiraz etməsi həmin o söz yarasını xatırladır. Xaricdə təhsil alan, özünü intellektli və bacarıqlı futbol adamı kimi qələmə verən Riad bəyin belə davranış sərgiləməsinə çox təəssüflənirəm. Şəxsən mən belə davranışı ona yaraşdırmadım. Kostyum geyinib, qalstuk taxan klub prezidenti belə edəndən sonra, meydandakı futbolçudan nə gözləyək? Sabah futbolçuları da ona baxıb, meydanda hakimə hücum çəksələr, onu təpikləyib döysələr, kim məsuliyyət daşıyacaq? Ehtiraslar daha çox meydanda coşur, futbolçular oyun zamanı aqressivləşirlər. Belədə onların çılğınlıq etməsi, hisslərini cilovlaya bilməməsi də daha realdı, nəinki klub prezidentinin. “Sumqayıt”da isə əksi baş verib, klub prezidenti və ondan geri qalmayan serbiyalı çalışdırıcı hakimlərə hücum çəkib. Buna görə də “Sumqayıt”a cərimə kəsib, cəza yağdırıblar. Yaxşı ki, bu dəfə futbolçular onlardan nümunə götürüb, hakimlərlə haqq-hesab çəkmək fikrinə düşməyiblər.
Mən haqsızlığa uğramağın insana necə təsir göstərdiyini yaxşı bilirəm. Gündəlik həyatımız elədi ki, özümüz də tez-tez belə hallarla üzləşirik. Həm öz başımıza belə şeylər gəlir, həm də ətrafımızdakıların yaşadıqlarına şahid oluruq. Amma buna görə normal etiraz formalarının, hər kəsin haqqını araması üçün vasitələrin olduğunu da yaxşı bilirik. Hər bir oğrunu oğurluq üstündə tutanda basıb döymək olmaz. Yaxud da cinayət törədəni zərərçəkənin əlinin altına verib, “buyur, qisasını al” demirlər. Belə olsa, cəmiyyətdə aqressivlik bitib-tükənməz, anarxiya yaranar. Hamı bir-biri ilə haqq-hesab çəkməyə başlasa, kimin haqlı, kimin haqsız olduğunu da müəyyənləşdirmək çətinləşər. Bu kimi hallar sivil cəmiyyətlərdə qəbul olunmur.
İnanmaq istəyirəm ki, cənab Rəfiyev soyuq başla olanları bir daha incələyib, düşünüb-daşınıb. Özü də yaxşı başa düşür ki, bu cür davranış yolverilməzdi. Lap elə hakimlər kobud səhv etsələr belə, onlarla bu cür məsələ aydınlaşdırmaq olmaz. Qarşıdakı 6 ayı daha soyuqqanlı olmaq, nəticə çıxarmaq lazımdı. “Sumqayıt”ın problemi təkcə hakimlər deyil. Yararsız transferlər, gecikən məşqçi seçimidi. Üstəlik məşqçi kimi heç bir ciddi uğuru olmayan, azərbaycanlı məşqçilərdən ciddi heç nə ilə fərqlənməyən İliçin “Sumqayıt”a baş məşqçi təyinatı özü ciddi səhv idi. İndi bu səhvlərin də nəticələri ortadadı. Riad bəy bu barədə daha dərindən düşünsə, yaxşı olar.
Hakimlərə hücum çəkib, şou göstərmək ciddi futbol adamına yaraşmır, cənab Rəfiyev. Ümid edirəm ki, məndən inciməzsiz və sınaq müddətini uğurla başa vurarsız...
AMAL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 May 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri