RİNN: Azərbaycanda internet operatoruna kiberhücum həyata keçirilib
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Bu gün ölkə üzrə internetdə qısa müddətli problemlər müşahidə olunub.
Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"-a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.
Nazirlikdən qeyd olunub ki, internet xidmətlərinin davamlılığını təmin etmək üçün provayderlər dərhal alternativ "backbone" operatorlarının şəbəkəsinə yönləndirilib. Bu addımlar sayəsində istifadəçilərin internetə çıxışı qısa müddət ərzində bərpa olunub.
Məlumata görə, görülən tədbirlər nəticəsində "Delta Telekom"a qarşı kiberhücumun qarşısı alınıb və şirkətin xidmətləri tam bərpa edilib.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 21 Avqust 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















