Icma.az
close
up
RU
RİNN: Bəzi MTK lar internet xidmətlərinin göstərilməsinə maneə törədir

RİNN: Bəzi MTK lar internet xidmətlərinin göstərilməsinə maneə törədir

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) çoxmənzilli yaşayış komplekslərində (MTK) internet xidmətlərinin göstərilməsi və rəqabət mühitinin gücləndirilməsi mövzusunda telekommunikasiya operatoru və provayderləri ilə növbəti görüş keçirilib.

Bu barədə "APA-Economics"ə RİNN-dən bildirilib.

Agentliyin əməkdaşları çoxmənzilli binalarda abonentlərin seçim imkanlarının artırılması, ədalətli rəqabətə şərait yaradılması və vətəndaş müraciətlərinin operativ həlli istiqamətində gördüyü işlər barədə məlumat veriblər.

Qeyd olunub ki, telekommunikasiya operatoru və provayderləri tərəfindən yaşayış komplekslərində telekommunikasiya xidmətlərinin təqdim edilməsinə dair icazələrin verilməsi ilə bağlı İKTA-ya mütəmadi olaraq müraciətlər daxil olur. Daxil olan müraciətlər əsasında Agentlik tərəfindən müvafiq mənzil-tikinti kooperativlərinə, cəmiyyətlərə və digər idarəedici təşkilatlara telekommunikasiya fəaliyyətinin həyata keçirilməsinə şərait yaradılması barədə rəsmi müraciətlər ünvanlanır.

Görüşdə xüsusilə vurğulanıb ki, çoxmənzilli binalarda ən azı 3 fərqli provayderin xidmət göstərməsi abonentlərin seçim hüququnun təmin edilməsi və rəqabətin formalaşması baxımından zəruri hesab olunur. Bildirilib ki, Agentlik tərəfindən aparılan araşdırmalar nəticəsində əgər hər hansı binada artıq 3 provayder fəaliyyət göstərirsə, həmin ünvanda minimal rəqabət mühitinin mövcud olduğu qənaətinə gəlinir.

İştirakçılara MTK-lara göstərilən xidmətlərlə bağlı statistik məlumatlar təqdim olunub. Qeyd edilib ki, daxil olmuş müraciətlər əsasında 50-yə yaxın MTK-da alternativ internet telekommunikasiya xidmətlərinin göstərilməsi təmin edilib, daha bir neçə binada isə kabelləşmə işləri icra mərhələsindədir. Bu göstəricilər rəqəmsal infrastruktura çıxışın genişləndirilməsi istiqamətində işlərin davamlı xarakter daşıdığını göstərir.

Görüşdə MTK-lar tərəfindən bəzi hallarda yaradılan süni çətinliklər də müzakirə olunub. Bildirilib ki, MTK rəhbərliyi ilə razılıq əldə olunduqdan sonra belə, bəzi MTK nümayəndələri telekommunikasiya fəaliyyəti üçün zəruri şərait yaradılmasına əsassız maneələr törədirlər. Misal olaraq qeyd edilib ki, bəzi hallarda MTK-ya xidmət haqlarının gecikməsi zamanı elektrik enerjisinin kəsilməsi və ya ödəniş məbləğinin əsassız şəkildə artırılması kimi praktikalara yol verilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Dekabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri