Icma.az
close
up
RU
RİNN bu qurumda rəqəmsallaşma səviyyəsini qiymətləndirdi

RİNN bu qurumda rəqəmsallaşma səviyyəsini qiymətləndirdi

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyində (KTN) rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılıb.

“Qafqazinfo” xəbər verir ki, diaqnostika Azərbaycan Prezidentinin 16 yanvar 2025-ci il tarixli 287 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”na uyğun olaraq dövlət qurumlarında rəqəmsal inkişaf proseslərinin monitorinqi və qiymətləndirilməsi üçün əsas fəaliyyət göstəriciləri sistemlərinin, rəqəmsallaşma diaqnostikasının və sürətləndirilmiş rəqəmsallaşdırma ssenarilərinin hazırlanması məqsədilə aparılıb.

Həyata keçirilmiş diaqnostikanın nəticələri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov və kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın iştirakı ilə keçirilmiş görüşdə təqdim edilib. 

Diaqnostika strategiya, xidmətlər, texniki-texnoloji infrastruktur və əməliyyat modelləri olmaqla dörd əsas istiqaməti əhatə edib.

Diaqnostika nəticələrinə əsasən,  KTN-də rəqəmsallaşma təşəbbüslərini əhatə edən strategiya sənədilərinin hazırlandığı və vahid strateji çərçivə kimi rəsmiləşdirildiyi, eləcə də nazirlikdə rəqəmsallaşma sahəsində ümumi məlumatlılıq və mədəniyyət formalaşdırıldığı bildirilir. 

Aparılan qiymətləndirmə nəticələrinə görə prioritet xidmətlərin rəqəmsallaşdırılması təmin edilib və digər xidmətlərin rəqəmsallaşdırılması prosesi davam etdirilir. Nazirlik tərəfindən təqdim edilən rəqəmsal xidmətlərin təxminən 90%-i Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunub, xidmətlərin 70-80%-i isə “Yonca” mobil tətbiqi vasitəsilə vətəndaşlara təqdim edilir. 

Texniki-texnoloji sahədə qiymətləndirmə göstərib ki, nazirliyin əsas informasiya sistemi kimi Elektron Kənd Təsərrüfatı Sistemi (EKTİS) fəaliyyət göstərir və digər informasiya sistemlərinin EKTİS-in altsistemi qismində vahid arxitekturaya inteqrasiyası üzrə işlərə başlanılıb. EKTİS və süni intellekt pilot layihələri çərçivəsində məlumat əsaslı qərarvermə prosesi təşkil edilib. Süni intellekt və analitik imkanlar üzrə tədbirlər planı hazırlanıb və müxtəlif tətbiqlər (Bitki növləri xəritəsi, Torpaq xəritəsi, Bitki sağlamlığına nəzarət, Bitki məhsuldarlığının proqnozu) pilot mərhələsindədir. Nazirlik tərəfindən açıq məlumatlar “Agro Data” və Açıq Məlumatlar portalı vasitəsilə ictimaiyyətə təqdim olunur. Bununla yanaşı, informasiya ehtiyat və sistemlərinin “Hökumət Buludu”na tam şəkildə keçidi ilə bağlı planlaşdırma və hazırlıq işləri davam edir.

Əməliyyat sahəsində aparılan qiymətləndirmə zamanı müəyyən edilib ki, KTN əməkdaşları rəqəmsallaşma sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə təlimat sənədləri ilə təmin olunur. Eyni zamanda, rəqəmsal xidmətlərin və informasiya sistemlərinin formalaşdırılmasından əvvəl zəruri hüquqi prosedurlar təmin edilir.

Görüş çərçivəsində 2025-2027-ci illəri əhatə edən 3 illik “Rəqəmsallaşma üzrə Yol Xəritəsi” təsdiqlənib. Yol Xəritəsi kənd təsərrüfatı sektorunda rəqəmsal dayanıqlılığın təmin edilməsinə, süni intellekt layihələrinin genişləndirilməsinə, mövcud rəqəmsal xidmətlərin təkmilləşdirilməsinə, fermerlərin rəqəmsal xidmətlərə çıxış imkanlarının artırılmasına, rəqəmsallaşma üzrə peşəkar komandanın formalaşdırılmasına və müasir texnologiyalara əsaslanan informasiya sistemlərinin inkişafına xidmət edəcək. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri