RİNN də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri Boukar Mişel ilə görüş keçirilib
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Çad Respublikasının rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri Boukar Mişel ilə görüşüb.
Nazirlikdən XQ-yə verilən məlumata görə, görüşdə iki ölkə arasında İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Ölkəmizdə bu sahədə həyata keçirilən layihələr, xüsusilə “mygov” platforması, SİMA rəqəmsal imza sistemi barədə məlumat verilib. Azərbaycanın rəqəmsal inkişaf təcrübəsinin Çadda tətbiqi imkanları nəzərdən keçirilib.
Bununla yanaşı, kibertəhlükəsizlik, Çadda insan kapitalının inkişafı istiqamətində Azərbaycanın mümkün dəstəyi, tələbələrin ölkəmizdə İKT sahəsində təlimlərə cəlb olunmasına dair fikir mübadiləsi aparılıb.
Görüşdə əməkdaşlığın bütün sahələrini əhatə edəcək fəaliyyət planının qısa müddətdə hazırlanması məsələsi razılaşdırılıb. Bu məqsədlə Azərbaycandan mütəxəssislərin Çada səfəri gözlənilir. Çad data mərkəzinin yaradılması istiqamətində də ölkəmizin təcrübəsini öyrənəcək.
Məlumat üçün bildirək ki, nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, həmçinin Azərkosmos ilə rəqəmsal transformasiya, innovasiya, rəqəmsal məhsulların ixracı sahəsində əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
Baxış sayı:103
Bu xəbər 29 Yanvar 2026 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















