Icma.az
close
up
RU
Risklər, Səhvlər, Həllər: IV Vergi və Mühasibatlıq Zirvəsinə geri sayım başladı!

Risklər, Səhvlər, Həllər: IV Vergi və Mühasibatlıq Zirvəsinə geri sayım başladı!

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Facemark” və “Good Finance” şirkətlərinin birgə təşkilatçılığı ilə 4 aprel tarixində ölkəmizdə IV Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək. Artıq ənənəvi platformaya çevrilən bu zirvə son illər ərzində vergi, mühasibatlıq və maliyyə sahəsində çalışan mütəxəssisləri bir araya gətirərək bilik və təcrübə mübadiləsi üçün vacib müzakirə mühiti formalaşdırıb.

Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbir “Unibank”ın Bank sponsorluğu və “Azintelecom”un rəqəmsal həllər üzrə sponsorluğu ilə həyata keçirilir. Zirvə dövlət və özəl sektor nümayəndələrini, maliyyə və vergi sahəsinin aparıcı mütəxəssislərini bir araya gətirərək sahə üzrə aktual məsələlərin müzakirəsi və peşəkar təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayacaq.

Bu il zirvə “Bahalı səhvlər” konsepti ilə təşkil olunur. Tədbirin əsas məqsədi maliyyə idarəçiliyi, əmək münasibətləri və vergi sahəsində şirkətlərin qarşılaşdığı kritik səhvləri analiz etmək, onların yaranma səbəblərini və biznes üçün doğurduğu hüquqi və maliyyə risklərini daha dərindən araşdırmaqdır. Zirvə çərçivəsində bu səhvlərin qarşısının alınması üçün effektiv yanaşmalar, praktik həll yolları və real biznes təcrübələri ekspertlərin iştirakı ilə geniş müzakirə olunacaq.

Zirvə çərçivəsində sahənin aktual mövzularını əhatə edən bir neçə panel müzakirəsi keçiriləcək.

I Panel – “Maliyyə riskləri və uçot”

Bu paneldə maliyyə qərarlarında risklərin düzgün qiymətləndirilməsi, uçot sisteminin effektiv qurulması, maliyyə nəzarət mexanizmləri və şirkətlərdə maliyyə intizamının təmin olunması kimi məsələlər müzakirə ediləcək. Ekspertlər real biznes nümunələri əsasında maliyyə idarəetməsində buraxılan səhvlərin mümkün nəticələrini və onların qarşısının alınması yollarını bölüşəcəklər.

II Panel – “Əmək münasibətlərində uçot riskləri”

Panel çərçivəsində vergi qanunvericiliyində tez-tez rast gəlinən səhvlər, vergi yoxlamaları zamanı şirkətlərin üzləşdiyi risklər, hüquqi məsuliyyət və bu risklərin idarə olunması üçün tətbiq edilən praktik yanaşmalar müzakirə olunacaq.

III Panel – “Vergi riskləri”

Bu paneldə əmək müqavilələri və işçi–işəgötürən münasibətlərində yaranan hüquqi və maliyyə riskləri, əmək qanunvericiliyində tez-tez rast gəlinən səhvlər və onların biznesə təsirləri ekspertlərin təcrübəsi və baxışları əsasında müzakirə olunacaq.

IV Vergi və Mühasibatlıq Zirvəsi maliyyə, vergi və mühasibatlıq sahəsinin aparıcı mütəxəssislərini bir araya gətirərək təcrübə mübadiləsi, aktual məsələlərin müzakirəsi və effektiv həll yollarının paylaşılması üçün vacib platforma rolunu oynayacaq.

Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak etmək üçün zirvənin rəsmi saytına və sosial media hesablarına keçid edə bilərsiniz.

www.instagram.com/vmzbaku/www.facebook.com/vmzbaku/www.linkedin.com/company/vmz-baku/?viewAsMember=true
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 Mart 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri