Ölkəmizdə “Bahalı səhvlər” konsepti ilə IV Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbir “Bahalı səhvlər” konsepti ilə keçirilən tədbir, maliyyə, əmək münasibətləri və vergi sahəsində risklərin səbəblərini, nəticələrini və qarşısının alınması yollarını ekspert baxışları və real praktika əsasında gündəmə gətirir. Tədbirin əsas məqsədi maliyyə, əmək və vergi sahələrində uçot proseslərinə gələcək yönümlü yanaşmaları müzakirə etmək, praktik həll yollarını ön plana çıxarmaqdır. Sürətlə dəyişən qanunvericilik, artan maliyyə və vergi riskləri, eləcə də bir baxışda kiçik görünən, lakin ciddi maliyyə nəticələrinə səbəb olan səhvlər tədbirin əsas müzakirə mövzularını formalaşdırır. Həmçinin, biznes mühitində qarşıya çıxan risklərin daha düzgün dəyərləndirilməsi və idarə olunması mövzusuna fokuslanır.
Tədbir çərçivəsində üç əsas panel üzrə müzakirələr aparılacaq.
Birinci panel “Maliyyə riskləri və uçot” mövzusuna həsr olunacaq və maliyyə qərarlarında risklərin rolu, uçotun düzgün qurulması məsələləri müzakirə ediləcək.
İkinci paneldə “Əmək münasibətlərində uçot riskləri” mövzusu ətrafında əmək münasibətlərində yaranan uçot problemləri və uyğunluq riskləri diqqət mərkəzində olacaq. Üçüncü panel isə “Vergi riskləri” mövzusunu əhatə edərək vergi sahəsində qarşıya çıxan risklər və onların qabaqlanması yollarına fokuslanacaq.
Qeyd edək ki, ölkəmizdə dördüncü dəfə təşkil olunan bu zirvə vergi və mühasibatlıq sahəsində peşəkarların bir araya gəlməsi üçün əvəzsiz platforma rolunu oynayır. Tədbir iştirakçılara yalnız bilik və təcrübə qazandırmır, həm də sahədə risklərin vaxtında və düzgün idarə olunmasının vacibliyini nümayiş etdirir. Zirvə çərçivəsində təqdim olunan real nümunələr və ölkəmizdə mühasibatlıq və vergi sahəsinin inkişafına, bilik mübadiləsi və peşəkar əlaqələrin möhkəmlənməsinə töhfə verir. Nəticədə, zirvə davamlı inkişaf və uğurun təmin olunmasına xidmət edən vacib tədbir kimi diqqət çəkir.
Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak etmək üçün zirvənin rəsmi saytına və sosial media hesablarına keçid edə bilərsiniz.
https://www.instagram.com/vmzbaku/https://www.facebook.com/vmzbaku/https://www.linkedin.com/company/vmz-baku/?viewAsMember=true
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 13 Yanvar 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















