Icma.az
close
up
RU
Ritorika var, əməl isə yox!

Ritorika var, əməl isə yox!

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ermənistanda Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi diskussiya doğurub

Hazırda Cənubi Qafqaz regionu üçün ən aktual məsələlərdən biri Zəngəzur dəhlizinin (TRIPP) gerçəkləşməsidir. Bu proses Azərbaycan cəmiyyətində müsbət qarşılanır, çünki dəhlizin açılması təkcə Naxçıvanla əlaqəni bərpa etmir, həm də iqtisadi və siyasi baxımdan böyük imkanlar yaradır. Ermənistanda isə vəziyyət fərqlidir. İqtidar və müxalifət arasında bu mövzuda ciddi fikir ayrılığı mövcuddur.

Bəzi erməni siyasətçiləri məsələnin mahiyyətini təhrif edərək, dəhlizin açılmasını, guya, Ermənistanın suverenliyinə təhlükə kimi qələmə verirlər. Halbuki, əslində, Zəngəzur dəhlizinin (TRIPP) işə düşməsi uzun illər blokada şəraitində qalan ölkənin regionla əlaqələrinin bərpasına imkan yaradacaq və Ermənistan iqtisadi cəhətdən daha geniş əməkdaşlıq müstəvisinə çıxış əldə edəcək. Erməni rəsmiləri bunu öz cəmiyyətlərinə aşılamağa çalışırlar.

“Ermənistan və Azərbaycan hazırda blokadanın aradan qaldırılması üzərində işləyir”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə sual-cavab sessiyası zamanı bildirib. Nazir vurğulayıb ki, hələ razılaşdırılmalı məsələlər çoxdur, lakin məqsəd prosesi sürətləndirmək və blokadanın tezliklə aradan qalxmasına nail olmaqdır. Mirzoyan həmçinin xatırladıb ki, Ermənistan artıq otuz ildən çoxdur hər iki tərəfdən blokada şəraitindədir. Ararat Mirzoyan blokadanın götürülməsinin Azərbaycanla imzalanmış prinsiplərə uyğun həyata keçiriləcəyini bir daha vurğulayıb: “Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenliyi, yurisdiksiyası çərçivəsində və qarşılıqlılıq prinsiplərinə uyğun olaraq baş verir. Biz Amerika tərəfi ilə işləyirik, yenidən Azərbaycan tərəfi ilə blokadanın götürülməsi üzərində işləyirik”. Ermənistan–Azərbaycan bəyannaməsi və Vaşinqtonda sülh müqaviləsinin paraflanması barədə danışan XİN başçısı bir daha vurğulayıb ki, baş verənlər çox mühüm hadisədir.

* * *

Gedən müzakirələr arasında dəhlizin Ermənistan hissəsində yol-nəqliyyat şəbəkəsində tikinti işlərinin aparılması və Naxçıvana maneəsiz keçidin praktiki olaraq hansı prinsiplərə əsaslanacağıdır. Tikinti işlərinin həyata keçirilməsi barədə yekun qərar hələ qəbul edilməyib. Prezident İlham Əliyev bir müddət öncə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirmişdi ki, fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan tərəfi tikməli olsaydı, bu işi bir ilə tamamlayardı.

Ermənistandan fərqli olaraq, Zəngəzur dəhlizinin (TRIPP) Azərbaycan hissəsində işlərin gələn il tamamlanması nəzərdə tutulur. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) çəkilməsi hazırda yekunlaşmaq üzrədir. Bu yolun uzunluğu 123,6 kilometrdir və layihə çərçivəsində 55 altkeçid, 28 körpü və 3 tunel inşa edilir. Yol yüksək sürət və təhlükəsiz hərəkətə imkan yaradır. Həmçinin Türkiyə artıq Qars ilə Naxçıvanı birləşdirəcək 224 kilometrlik yeni dəmir yolunun inşasına start verib. Bu layihə 2,4 milyard avro xarici kreditlə maliyyələşdiriləcək və 2029-cu ildə başa çatması planlaşdırılır.

Ermənistan tərəfində isə dəhlizin inşası ilə bağlı konkret məlumatlar hələlik məhduddur. Xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, dəmir yolu və digər infrastrukturla bağlı texniki şərtlərin müəyyənləşdirilməsi üçün yaxın vaxtlarda müxtəlif tərəflərlə, o cümlədən ABŞ tərəfdaşları ilə intensiv təmaslar gözlənilir. Qeyd edək ki, tikinti işlərinin hansı ölkəyə məxsus investorlar tərəfindən aparılacağına qərar verilməsə də, ABŞ TRIPP layihəsinin həyata keçirilməsi üçün Ermənistana 145 milyon dollar yardım ayırmaq niyyətindədir.

Bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brendan Henrehen İrəvanda Ermənistanın baş nazirinin müavini Mger Qriqoryanla görüşündə deyib: “Konqreslə əməkdaşlıq çərçivəsində biz Ermənistana 145 milyon dollar verməyi planlaşdırırıq. Bu, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu təşəbbüsü və avqustun 8-də əldə olunmuş müvafiq razılaşmalar çərçivəsində maliyyənin ilk tranşıdır”. Onun sözlərinə görə, vəsait ticarət, infrastruktur, kritik mineral ehtiyatların tədarük zəncirləri və transsərhəd təhlükəsizliyin təmin edilməsinə investisiyaların dəstəklənməsi üçün istifadə olunacaq.

Digər bir məsələ Azərbaycanın əsas hissəsindən Naxçıvana maneəsiz keçidin detallarıdır. Ermənistan parlamentində çıxışı zamanı Baş nazir Nikol Paşinyan azərbaycanlıların Zəngəzur dəhlizindən (TRIPP) necə keçəcəklərinə dair suala cavab verərkən bildirib ki, sərhəddə pasportların oxunması üçün xüsusi cihazlardan istifadə ediləcək. Paşinyan Birləşmiş Ərəb Əmirliklərini misal gətirərək deyib ki, bu ölkənin sərhədçiləri ölkəyə daxil olan şəxslərin pasportlarını yoxlamır, bunu texnologiya vasitəsilə gerçəkləşdirir. Onun sözlərinə görə, bu sistem nəticəsində insan müdaxiləsi minimuma enəcək, sərhədçilər yalnız şübhəli hallarda müdaxilə edəcəklər. Bu açıqlama ilk baxışdan texniki detal təsiri bağışlasa da, əslində, həm siyasi, həm də psixoloji mənada xüsusi önəm daşıyır. Məsələ burasındadır ki, “maneəsiz keçid” anlayışı uzun müddətdir rəsmi Bakı ilə İrəvan arasında mübahisə doğuran mövzulardan biri olub. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Naxçıvana gedəcək vətəndaşlar və yüklər heç bir halda erməni sərhədçiləri ilə fiziki təmasda olmamalıdır: “Bizim yüklər və vətəndaşlar hər dəfə orada erməni sərhədçinin simasını görməli, burada heç bir fiziki təmas olmalı deyil”.

Bu, Bakının qəti mövqeyidir və tərəflər arasında danışıqlarda əsas şərtlərdən biri kimi irəli sürülüb. Paşinyanın “oxuma cihazları” barədə bəyanatı, əslində, bu tələbin müəyyən mənada qarşılanması kimi qiymətləndirilə bilər. Çünki sərhəd-keçid prosesində erməni sərhədçisinin fiziki iştirakı minimuma endirilir, vətəndaş sadəcə pasportunu cihazdan keçirir. Burada artıq “görünən sima” yox, texniki prosedur işləyir. Lakin Azərbaycan üçün “maneəsiz keçid” yalnız fiziki təmasın olmaması iləmi məhdudlaşır, yoxsa ümumiyyətlə heç bir yoxlama prosedurunun aparılmamasını nəzərdə tutur? Bu sual hələlik açıq qalır. Paşinyanın açıqlamaları həm Ermənistan cəmiyyətində “suverenliyin qorunması” təəssüratı yaratmaq, həm də Azərbaycanın əsas şərtini müəyyən qədər nəzərə almaq məqsədi daşıyır.

Yeganə HACIYEVA,
politoloq

Ermənistan və Azərbaycan arasında blokadanın aradan qaldırılması məsələsi 44 günlük Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanatın bəndlərindən biridir. Azərbaycan və Ermənistan sərhədlərin delimitasiya-demarkasiya məsələləri ilə paralel olaraq, kommunikasiya xəttlərinin açılması öhdəliyi də götürüblər. Üstündən 5 ilə yaxın keçməsinə baxmayaraq, delimitasiya ilə bağlı müəyyən irəliləyişlər əldə edilsə də, kommunikasiyaların açılmasında ciddi nəticələr yoxdur. Baş nazirlərin müavinləri səviyyəsində fəaliyyət göstərən işçi komissiya məhz bu məsələ üzərində çalışır. Ən real nəticə Vaşinqton görüşü ərəfəsində əldə edildi. Həmin görüşdə Azərbaycan tərəfinin təqdim etdiyi yol xəritəsi əsasında mühüm razılaşmaya nail olundu.

Artıq bəyannamə paraflanıb və burada tərəflərin öhdəlikləri, məsuliyyətləri, həmçinin proseslərin inkişaf istiqamətləri konkret şəkildə göstərilib. Bu isə o deməkdir ki, tərəflər kommunikasiyaların açılmasında ortaya siyasi iradə qoyublar. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Zəngəzur dəhlizi (TRIPP) yalnız Azərbaycan üçün deyil, həm də onun tərəfdaşları və qlobal istifadə üçün nəzərdə tutulur.

Nəzərə almaq lazımdır ki, Ermənistan və Azərbaycan, eləcə də Ermənistan və Türkiyə arasında sərhədlərin açılması ilə bağlı danışıqlar gedir. Azərbaycan öz üzərinə düşən infrastruktur layihələrinin böyük hissəsini həyata keçirib və proses davam edir. Türkiyə ilə sərhəddə gömrük və dəmir yolu bağlantılarının açılması istiqamətində işlərə start verilib. Bundan başqa, Türkiyə ilə Ermənistan arasında Qars–Gümrü dəmir yol və Ani körpüsünün istifadəyə verilməsi barədə razılıq əldə olunub. Ermənistan Gorusətrafı infrastrukturun formalaşdırılması üçün ABŞ-dan maliyyə dəstəyi alıb. Bütün bunlar onu göstərir ki, söhbət yalnız ikitərəfli blokadaların aradan qaldırılmasından deyil, ümumilikdə uzun illər işğal səbəbindən bağlanmış kommunikasiyaların açılmasından gedir. Bu isə region ölkələrinin siyasi iradəsinin real ifadəsidir.

Musa BAĞIRLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Sentyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri