Icma.az
close
up
RU
Riyakar və savadsız kadrlar idarəetmədə olduqca, inkişafdan danışmaq çətinləşir

Riyakar və savadsız kadrlar idarəetmədə olduqca, inkişafdan danışmaq çətinləşir

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


İdarəetmə sistemində peşəkar və məsuliyyətli şəxslərin olması xidmətin inkişafı üçün həyati əhəmiyyət daşıyır. Lakin bəzi hallarda vəzifəyə gətirilən insanlar nə bilik, nə təcrübə, nə də etik dəyərlər baxımından həmin mövqeyə layiq olmurlar. Onlar əsasən yuxarı rəhbərlərinin gözünə yaxşı görünməyə çalışır, özlərini bacarıqlı və çalışqan şəxs kimi təqdim edirlər. Əslində isə bu cür şəxslərin fəaliyyəti yalnız saxta görüntü, şəxsi maraqlar və manipulyasiya üzərində qurulur. Bu riyakar kadrlar idarəetməni səmərəsiz hala gətirir, sistemin çürüməsinə səbəb olur. Belə şəxslərin əsas xüsusiyyətlərindən biri biliksizlik və bacarıqsızlıqdır. Onlar vəzifəyə gəldikləri andan etibarən həqiqi iş görmək əvəzinə başqalarının əməyindən istifadə etməyə, uğurları öz adlarına çıxmağa və səhvlərini gizlətməyə çalışırlar. İşin mahiyyətini bilmədiklərinə görə, idarəçilik prinsiplərini düzgün qavraya bilmir, qərar qəbul edərkən məntiqsiz və qeyri-effektiv yanaşmalar sərgiləyirlər. Peşəkar insanların varlığı onları narahat etdiyindən, ətraflarındakı bacarıqlı kadrları sıradan çıxarmağa, onlara süni maneələr yaratmağa və rəhbərliyin gözündə etibarsız göstərməyə səy göstərirlər.
Yuxarı rəhbərini aldatmaq bu cür şəxslərin əsas strategiyasına çevrilir. Onlar real vəziyyəti gizlətməklə, özlərinin uğurlu iş apardıqlarını göstərmək üçün müxtəlif yollar axtarırlar. Yalan məlumatlar, süni şəkildə təşkil edilmiş tədbirlər, yalnız göstəriş üçün görülən işlər onların əsas silahına çevrilir. Rəhbərliyin diqqətini əsl problemlərdən yayındıraraq, yalançı nailiyyətlər təqdim etməklə öz vəzifələrini qorumağa çalışırlar. Bu yolla onlar təkcə rəhbərliyi deyil, bütövlükdə idarəetmə sistemini iflic vəziyyətinə salırlar. Bu cür insanların digər bir xüsusiyyəti isə yaltaqlıq və ikiüzlülükdür. Onlar rəhbərliklə ünsiyyətdə olduqda daim təriflər yağdırır, onun hər qərarını ideal kimi təqdim edirlər. Lakin eyni rəhbərlik işdən uzaqlaşdıqda və ya çətin vəziyyətə düşdükdə dərhal mövqelərini dəyişərək yeni güc sahiblərinə yaxınlaşmağa çalışırlar. Onlar üçün sadiqlik, prinsiplər və ədalət anlayışı yoxdur, yalnız şəxsi maraqları üstün tuturlar.
Belə riyakar və savadsız kadrlar idarəetmədə olduqca, inkişafdan danışmaq çətinləşir. Onların səbəb olduğu problemlər cəmiyyətdə narazılıq yaradır, idarəetməyə inamı azaldır və sonda daha böyük böhranlara gətirib çıxarır. Bu cür şəxslərdən qurtulmağın yeganə yolu isə şəffaflıq, hesabatlılıq və real nəticələrə əsaslanan idarəetmə sistemini formalaşdırmaqdır. Əks halda, riyakarlıq və biliksizlik idarəetmə strukturlarını içəridən çökdürəcək.
Əli İbrahimov, hüquqşünas
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Fevral 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri