Riyaziyyat olimpiadaçımız Massaçusets Texnologiya İnstitutuna qəbul oldu Foto
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Respublika və beynəlxalq fənn olimpiadalarında dəfələrlə qalib olmuş Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Sevinc Mahmudova dünyanın ən nüfuzlu universitetlərindən olan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.
“Qafqazinfo” xəbər verir ki, Sevinc Mahmudova respublika fənn olimpiadalarında 1 qızıl və 2 gümüş medal, riyaziyyat fənni üzrə iki dəfə Avropa Qızlar Olimpiadasında (EGMO) və bir dəfə Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) bürünc medallar qazanıb.
Olimpiadalara Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində hazırlıq keçib. Ötən il məzun olan Sevinc Mahmudova hazırda Cənubi Koreyanın Qabaqcıl Texnologiyalar İnstitutunun (KAIST) I kurs tələbəsidir.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 18 Dekabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















