Icma.az
close
up
RU
Rizvan Nəbiyev: Avropa İttifaqı ilə münasibətlərdə mühüm məsələlərdən biri logistika nəqliyyatdır

Rizvan Nəbiyev: Avropa İttifaqı ilə münasibətlərdə mühüm məsələlərdən biri logistika nəqliyyatdır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İstənilən halda Avropa İttifaqının yeni reallıqları nəzərə alaraq, öz siyasətində dəyişiklik etməsinin tam zamanıdır və bu istiqamətdə fəaliyyət sərgiləndiyi müşahidə olunur"


"Bu reallığı yaradan Azərbaycan Prezidenti İlham Əliyevin strateji vizyonudur"



Prezident İlham Əliyev Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib. Komissar Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu deyərək, həmçinin nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulayıb. Qonaq bildirib ki, Avropa İttifaqı regionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə və Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki fəaliyyətinə dəstəyini bundan sonra da davam etdirəcək. Marta Kos Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. Prezident İlham Əliyev bu ilin mayında Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşünü məmnunluqla xatırladıb. Regionda nəqliyyat bağlantılarının yaradılması üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı Azərbaycanın intensiv işlər gördüyünü qeyd edib. Bu xüsusda Zəngilana gedən avtomobil və dəmir yolu xətlərinin əhəmiyyətini vurğulayıb. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunan dövlət başçısı Azərbaycan qazının hazırda Avropanın 10 ölkəsinə, o cümlədən Avropa İttifaqına üzv 8 dövlətə ixrac olunduğu dedi və ixrac coğrafiyasının genişləndiyini qeyd edib. Görüşdə Orta Dəhliz ilə Mərkəzi Asiyadan Azərbaycana gələn yüklərin həcmində əsaslı dərəcədə artımın müşahidə olunduğu bildirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdən sonra Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Ağdam şəhərinə səfər edib. O, rayon ərazisində minatəmizləmə fəaliyyəti ilə tanış olub. Komissara şəhər haqqında ümumi məlumat verilib. Marta Kos Ağdamda jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Hökumətinin azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri heyranedicidir: "Qarabağda, Ağdamda olmağımdan çox təsirlənmişəm. Sizin ölkənizin uzun illər boyu müharibədən əziyyət çəkmiş bu ərazini tikib-qurması inanılmazdır. Mən sizin hökumətinizin insanların buralara qayıtması üçün yeni şəhərlər ərsəyə gətirmək cəsarətinə heyran qalmışam. Bir neçə məsələni vurğulamaq istərdim. Birincisi, heç bir müharibə yaxşı deyil. Müharibə insanların həyatını məhv edir. Müharibə həmişə acı nəticələrlə və dərin yaralarla dolu olur. İkincisi, əgər siz sülh tərəfdarısınızsa, müharibəni dayandırmalı və sülh üçün bir iş görməlisiz. Bu da Azərbaycan və Ermənistanın etdiyi bir şeydir. Üçüncüsü isə budur ki, Avropa İttifaqı bu məsələdə kömək etməyə hazırdır". Komissar deyib ki, o, azad edilmiş ərazilərlə bağlı maliyyə razılaşmasının imzalanacağına ümid edir: "Mən Azərbaycan və Avropa İttifaqı arasında əlaqələri yeni səviyyəyə yüksəltməyə can atıram".


Millət vəkili Rizvan Nəbiyev Sherg.az-a açıqlamasında deyib ki, İkinci Qarabağ müharibəsindən və suverenliyimizin bərpasından sonra yeni yaranmış reallıqlar şəraitində Azərbaycanın Qərblə münasibətləri kontekstində üç aktoru, üç qüvvəni müəyyən edə bilərik - ABŞ, Avropa İttifaqı və Aİ-yə üzv olmayan Avropa dövlətləri. Deputat diqqətə çatdırıb ki, Avropa İttifaqı zaman-zaman, xüsusən torpaqlarımız işğal altında olarkən Azərbaycana qarşı qərəzli mövqeyi ilə gündəmə gəlib: 

"Avropa Parlamenti qərəzli mövqeyindən bu gün də əl çəkməyib. Amma Şanlı Zəfərimiz nəticəsində yaranmış yeni reallıqların üstünlükləri Brüsseldə də qəbul olunur və bu xüsusi ilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenin ikinci kabinetinin ölkəmizə münasibətdə sərgilədiyi mövqedə müşahidə olunur. Bu kontekstdə genişlənməyə məsul komissarın Azərbaycana səfərinə son dövrlərdə Aİ rəsmiləri ilə Azərbaycan arasında intensivləşən səfərlər kontekstində baxmaq lazımdır. Mart ayında enerji komissarı, apreldə təhlükəsizlik məsələlərindən məsul vitse-prezident ölkəmizdə olmuşdu. May ayında cənab Prezidentin Albaniyada Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Aİ-nin Prezidenti von der Leyenlə görüşü baş tutmuşdu. Ötən ay Cənubi Qafqaz üzrə xüsusi nümayəndəni cənab Prezident Bakıda qəbul etmişdi. İndi isə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı ölkəmizə səfəri çərçivəsində həmçinin işğaldan azad edilmiş ərazilərə, Ağdam rayonuna səfər edib və orada minatəmizləmə fəaliyyəti ilə tanış olub. Bu, Aİ-nin Azərbaycana yönəlik siyasətində reallığı əks etdirən yanaşmanı qəbul etməsi üçün çox vacib nüansdır. Komissar "ruhlar şəhəri", "Qafqzın Hiroşiması" kimi tanınan Ağdamla tanışlıq şəraitində Azərbaycanın məruz qaldığı işğalın real nəticəsini yerində görəcək. Bununla yanaşı, bərpa quruculuq işləri ilə yerindəcə tanışlıq nəticəsində Azərbaycanın sülh gündəliyinin real nəticələrini görəcək". 


Parlament üzvü vurğulayıb ki, Ağdam və işğaldan azad edilmiş rayonlarımızın minalardan təmizlənməsi uzun vaxt və böyük resurs tələb edən məsələdir: 

"Azərbaycan öz real imkanları ilə bərpa-quruculuq işlərini davam etdirir. Bu məsələlər eyni zamanda ikitərəfli və çoxtərəfli münasibətlər aspektində əməkdaşlıq üçün bir platformadır. Avropa İttifaqının postmüharibə dövründə barışıq istiqamətində geniş potensialı və təcrübəsi var. İkinci Dünya müharibəsindən sonra bu qurumun formalaşmasında iştirak edən 6 dövlət ilk növbədə müharibəyə səbəb ola biləcək resursları – kömür və polad sənayesinin idarəsini əlaqələndirdilər. Bizim regionda isə belə əlaqələndirici sülhə və sabitliyə xidmət edən məsələlər sırasında transit-nəqliyyat infrastrukturu layihələri yer alır. Enerji sahəsində əməkdaşlıq da hansısa mərhələdə müzakirə mövzusu olacaq. Həmçinin, insanlararası əlaqələr qurulması məsələsində Aİ-nin təcrübəsindən yararlanmaq mümkündür". 


R.Nəbiyev vurğulayıb ki, Avropa İttifaqı ilə münasibətlərdə yer alan çox mühüm məqamlardan biri logistika-nəqliyyat məsələsidir:

 "Qara dəniz Avropanı Cənubi Qafqazla birləşdirən məkan olmalıdır, ayrıcı yox. Qara dəniz Avropa İttifaqı ölkələrini eyni zamanda Gürcüstan və Azərbaycan vasitəsi ilə Mərkəzi Asiya ilə birləşdirir. Avropa İttifaqının Mərkəzi Asiya ilə münasibətlərində də intensivləşmə müşahidə olunur. Brüssel Mərkəzi Asiya ölkələrinə münasibətdə "Qlobal Gateway" (Qlobal keçid) təşəbbüsü çərçivəsində əməkdaşlıq təklif edib. 2021-ci ildə start verilən "Qlobal Gateway" layihəsinin 300 milyard avroluq büdcəsi var və beynəlxalq müstəvidə 90 layihəni əhatə edir. 2030-cu ilədək tranzit infrastrukturun yaradılması məqsədi ilə Mərkəzi Asiya ölkələrinə 10 milyard avro investisiya yatırmaq istəyirlər. Avropa İttifaqı müəyyən xammalın, qiymətli metalların Mərkəzi Asiyadan ixracında maraqlıdır. Eyni zamanda Avropa İttifaqı ilə Çin arasında intebsivləşən ticari münasibətlərdə tranzit ölkə kimi Azərbaycan Orta dəhlizin vacib hissəsi kimi mühüm rol oynayır. Bu, həmçinin Zəngəzur dəhlizi üçün uğurlu perspektiv vəd edir. İstənilən halda Avropa İttifaqının yeni reallıqları nəzərə alaraq, öz siyasətində dəyişiklik etməsinin tam zamanıdır və bu istiqamətdə fəaliyyət sərgiləndiyi müşahidə olunur. Bu reallığı yaradan Azərbaycanın sülh gündəliyi və yeni reallıq şəraitində əməkdaşlığı müəyyən edən Azərbaycan Prezidenti İlham Əliyevin strateji vizyonudur. Bu əməkdaşlıq platformasında ayrı-ayrı aktorlar yer almaq istəyir və onun üçün Bakıya səfərlə intensivləşib".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Sentyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri